SƏTƏM təlimləri

İş yerində Təhlükəsizliyin təmin olunması yüksək mədəniyyətdən xəbər verir.

image not found!

Enerjinin Təcrid olunması | Energy Isolation | LOTO (Lock Out Tag Out)

G&I Training Academy Əlavə Təhsil  Mərkəzi Elektrik və Mexaniki Enerjisinin Təcrid olunması (Qıfıllama / Kilidləmə və  Yarlıqvurma) mövzusunda təlim təklif edir.

 

Kursun məqsədi: 

Təhlükəli sistemlərdə, siyirtmələr, ayırıcı açarlar, dəzgahlar, avadanlıqlar və tikinti, təmir, texniki qulluq, istismara verilmə və quraşdırma işləri zamanı enerjinin təcrid edilməsi və ya qeyri-işlək vəziyyətə gətirilməsi məqsədi daşıyır. Həmçinin enerji sistemindən təcrid edilmiş dəzgahların, avadanlıqların və proseslərinin səlahiyyəti olmayan, planlaşdırılmayan, qrafikdən kənar startap və ya əməliyyatların qarşısını alır.

 

Təlim kimlər üçün nəzərdə tutulub:  Enerjinin təcrid olunmasına cavabdeh olan səlahiyyətli şəxslər üçün nəzərdə tutulmuşdur.

 

Mövzular: 

  • Giriş

  • Məqsəd

  • Vəzifə və Öhdəliklər

  • Qıfıllama və yarlıqasma (LOTO - Lock Out Tag Out) nədir?

  • Təhlükəli enerji mənbələri (növləri)

  • Ümumi Qıfıllama və Yarlıqasma Proseduru

  • Enerjinin İzolyasiyası

  • İzolyasiyanın (təcridetmənin) növləri

  • Qıfıllama avadanlıqlarının növləri

  • Yarlıqasma üçün tələblər

  • Qıfıllama və yarlıqasma proseduru nə tələb edir?

  • İzolyasiyanın Təsdiqi Sertifikatı (Isolation Confirmation Certificate (ICC).

  • İzolyasiya metodları

  • Şəxsi izolyasiyalar

  • İzolyasiya standartları

  • İzolyasiyanın həyata keçirilmsəi və ona nəzarət

  • Qıfıllama prosesi zamanı avadanlığın test edilməsi.

 

Təlim müddəti: 1 gün 

Qrupda dinləyicilərin sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər

Təlimin keçirildiyi dil: Azərbaycan, Rus və İngilis dili

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara Sertifikat təqdim olunur.

Sertifikatın etibarlılıq müddəti: 3 il               

Qeydiyyat

SƏTƏM təlimləri