ISO/IEC 17065:2012 Uyğunluq qiymətləndirməsi. Proses, məhsul və xidmət sertifikatlaşdırılmasını həyata keçirən qurumlara tələblər

image not found!

ISO/IEC 17065:2012 Uyğunluq qiymətləndirməsi. Proses, məhsul və xidmət sertifikatlaşdırılmasını həyata keçirən qurumlara tələblər

G&I Training Academy Əlavə Təhsil Mərkəzi ISO/IEC 17065:2012 Uyğunluq qiymətləndirməsi. Proses, məhsul və xidmət sertifikatlaşdırılmasını həyata keçirən qurumlara tələblər (ISO/IEC 17065:2012 Conformity assessment — Requirements for bodies certifying products, processes and services) təlimi elan edir.

 

Təlimin məqsədi: 

  • Sertifikatlaşdırma qurumlarına olan tələbləri təhlil etmək;

  • Standartın qarşılıqlı əlaqədə olduğu digər ISO idarəetmə sistemləri və uyğunluq qiymətləndirilməsi standartları arasında qarşılıqlı əlaqənin, oxşar fəaliyyətlərin öyrənilməsi;

  • Akkreditasiya, uyğunluq qiymətləndirməsi və məhsul, proses və xidmətlərin sertifikatlaşdırılması terminlərinin, anlayışlarının öyrənilməsi, bu anlaşyışlar arasında fərqlərin təhlil edilməsi; 

  • Sertifikatlaşdırma orqanlarının daxili strukturunu və idarəetmə sisteminin quruluşunu öyrənmək;

  • Sertifikatlaşdırma qurumları ilə Beynəlxalq Akkreditasiya Forumu – IAF arasında əlaqənin öyrənilməsi;

  • Stabil və davamlı sertifikatlaşdırma qurumunun yaradılmasında obyektivlik, tərəfsizlik, gizlilik (məxfilik) və ədalətli yanaşmanın gözlənilməsi prinsiplərinin təhlil edilməsi və öyrənilməsi

 

Mövzular:

  • Giriş. 

  • ISO Beynəlxalq Standartlaşdırma Təşkilatı, IAF- Beynəlxalq Akkreditasiya Forumu haqqında məlumatlandırma.

  •  Akkreditasiya, sertifikatlaşdırma və uyğunluq qiymətləndirilməsi anlayışları. Proses, məhsul və xidmətlərin sertifikatlaşdırılmasının beynəlxalq aspektləri

  • Akkreditasiya və sertifikatlaşdırma anlayışları.

  • ISO/IEC 17065:2012 standartına giriş.

  • ISO/IEC 17065:2012 standartına uyğun olaraq akkreditə olunacaq proses, xidmət və məhsullar üçün əhatə dairəsinin, vizyonunun, məqsədlərinin müəyyənləşdirilməsi.

  • ISO ISO/IEC 17065:2012 standartına əsasən müəssisənin sertifikatlaşdırma səhəsinin və əhatə dairəsinin təyin edilməsi.

  •  Məhsul, xidmət və proseslərin sertifikatlaşdırılması istiqamətində müştərilərlə qurulacaq hüquqi əlaqələr

  • Məhsul, xidmət və proseslərin sertifikatlaşdırılması istiqamətində tərəfsizlik metodları və yanaşmaları

  • Məhsul, xidmət və proseslərin sertifikatlaşdırılması istiqamətində gizliliyin – məxfiçilyin riayət olunması  metodları və yanaşmaları

  • ISO/IEC 17065:2012 standartına digər alt maddələri və tələbləri ilə tanışlıq.

 

Təlimin keçirildiyi dil: Azərbaycan dili

İştirakçı sayı: Minimum 6 nəfər – maksimum 10 nəfər

Təlimin müddəti: 3 gün

Təlimin sonunda keçirilən mövzular üzrə imtahan təşkil ediləcəkdir. İmtahandan uğurla keçən şəxslərə təlimi müvəffəqiyyətlə bitirmələri haqqında Sertifikat təqdim ediləcəkdir.  

İSO Standartları