İş yerində Təhlükəsizliyin təmin olunması yüksək Mədəniyyətdən xəbər verir.
Təhlükəsilzik gələcəyə qoyulmuş bir sərmayədir.
Məqsədimiz Müsbət Təhlükəsizlik Mədəniyyətinin yaradılmasıdır.
İlk öncə Təhlükəsizlik
Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır. Heydər Əliyev

Xidmətlər

G&I Training Academy ƏLAVƏ TƏHSİL FƏALİYYƏTİ üzrə Lisenziyalaşdırılmış və İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi üzrə sertifikatlaşdırılmış təlim və konsultasiya mərkəzidir. Əlavə Təhsil Mərkəzi fərdi və korporativ müştərilərə yerli və Beynəlxalq standartlar əsasında Peşə Sağlamlığı, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏM /HSE), Yükqaldırma əməliyyatlarının Təhlükəsizliyi, Sənaye Texnikaları üzrə Operator və Şəxsi bacarıqların inkişafı mövzularında ixtisaslaşmış təlim, məsləhət - konsultasiya, audit və ixtisasartırma xidmətləri göstərir. Təlim kurslarının Tədris Metodikası "Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi" tərəfindən razılaşdırılmışdır. "G&I Training Academy" bir çox yerli və Beynəlxalq Akkreditasiya, Lisenziyalar, İcazələr / Sertitikfatlar əldə etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəyi əsasında Əlavə Təhsil fəaliyyəti ilə bağlı LİSENZİYA almışdır.