G&I Training Academy Təlim Mərkəzi FHN-təsdiqli Dəmirbənd (Taxtabənd-Scaffolding) mövzusunda ilkin səviyyədə (Basic - Level 1) təlim kursları elan edir.
Kursun Tədris Metodikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən razılaşdırılmışdır.
Eyni zamanda G&I Training Academy əlavə təhsil müəssisəsi olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin rəyi əsasında əlavə təhsil fəaliyyəti üzrə Lisenziya əldə etmişdir.
Təlimin məqsədi: Dəmirbənd (taxtabənd) quraşdırıcılarının bilik və bacarıqlarının artırılması
Təlim kimlər üçün nəzərdə tutulub: Dəmirbəndlərin, (taxtabəndlərin) quraşdırlmasına cəlb olunmuş işçi heyəti.
Təlim 2 hissədən ibarətdir: Nəzəri və Praktiki (əməli)
Mövzular:
- Giriş
- Qanunvericilik
- Cizgilərin (çertyojların) oxunması
- TG - 20:13 Standartı
- BS EN 12811-1 standartı
- Bağlama üsulları və TG 4
- Dəmirbənd elementləri
- Dəmirbnədin növləri
- Müstəqil bağlanmış dəmirbənd
- Dəmirbənd barmağı
- Quş qəfəsinə bənzər dəmirbənd
- Statik qüllə (təsdiq edilmiş sistemdə boru və fitinq)
- Dəmirbəndlərdəki dəyişikliklər
- Ferma şəkilli dəmirbənd
- Hazır tirlərdən ibarət dəmirbənlər
- Qoruyucu yelpiklər
- Yükləmə meydançası
- Damda qurulan yəhər tipli dəmirbənd
- Çıxıntılı dəmirbənd
- Damın kənar qoruyucusu
- Dəmir konstruksiyadan asılı boru dəmirbənd
- Konsol tipli dəmirbənd
- İkiyollu bərkitmə/ölü bərkitmə
- Müvəqqəti dam dəmirbəndi
- Pilləkənlər
- Dəmirbənddən qurulmuş maili yol keçıdi
- Dəmirbənd quraşdırıması, istifadəsi və sökülməsi ilə bağlı təhlükə və risklər
- Riskin qiymətləndirilməsi
- TG4 bağlantısının testi
- Dəmirbəndin təhlükəsiz quraşdırıması və sökülməsi qaydaları
- Dəmirbəndin təhlükəsiz quraşdırıması və sökülməsi zamanı Fərdi Mühafizə Vasitələri
- Təhlükəsizlik haqqında Təlimat
- Nəzəri hissənin Qiymətləndirməsi
- Nəzəri hissədə təqdim olunmuş məlumatlar əsasında Praktiki hissənin keçirilməsi: Dəmirbəndin / taxtabəndin quraşdırılması və sökülməsi
- Praktiki hissənin qiymətləndirilməsi
Təliminmüddəti: 3 gün
İştirakçı sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər
Təlimin keçirildiyi dil: Azərbaycan, ingilis və rus dili
Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçıya FHN-təsdiqli SERTİFİKAT təqdim olunur.
Sertifikatın etibarlılıq müddəti: 3 il