İstilik enerji qurğularının istismarı zamanı İşçi heyətə və onun hazırlığına dair tələblər

G&I Training Academy Əlavə Təhsil Mərkəzi İstilik enerji qurğularının istismarı zamanı İşçi heyətə və onun hazırlığına dair təlim kursları təklif edir.

 

İstilik qurğuları və istilik şəbəkələrinin istismarı ilə məşğul olan heyət aşağıdakılardan ibarətdir:

  • inzibati-texniki heyət: 

  • əməliyyat heyəti:

  • operativ-təmir heyəti: 

  • təmir heyəti: 

 

a) inzibati-texniki heyət: istilik qurğularının və istilik şəbəkələrinin istismarının təşkili ilə təmir xidmətinə məsul rəhbərlər və mütəxəssislər;

b) əməliyyat heyəti: avadanlıqlarla əməli idarəolunma və istiqamətin dəyişdirilməsi (istilik məntəqələrinə xidmət, kondensat stansiyaları, istehsalatın texnoloji əri üçün nəzərdə tutulan istilik qurğuları və s.) kimi işlərlə məşğul olan şəxslər;

c) operativ-təmir heyəti: istilik qurğuları və onlara bağlı istilik şəbəkələrində təmiri və istiqamət dəyişdirilməsi kimi işlərlə məşğul olan şəxslər;

d) təmir heyəti: istilik qurğularının və istilik şəbəkələrinin təmiri, texniki xidməti, sazlanması və sınaqdan keçirilməsi kimi işlərlə məşğul olan şəxslər.