G&I Training Academy Əlavə Təhsil Mərkəzi müəssisələrdə İnsan Resursları sahəsində məsləhət xidmətləri təklif edir.
Xidmətlərimizə daxildir:
Əmək müqaviləsinin əmək qanunvericiliyinə və müəssisənin fəaliyyətinə uyğun olaraq tərtib edilməsi;
Əmək müqaviləsinin bağlanılması, dəyişiklik edilməsi, xitam verilməsi və Əmək müqaviləsi Bildirişləri üzrə Elektron İnformasıya Sisteminə daxil edilməsi;
Əmrlərin hazırlanması və qeydiyyatının aparılması;
Məzuniyyət hüququnun (əmək, təhsil, yaradıcılıq, sosial, ödənişsiz məzuniyyətlər) həyata keçirilməsinin tənzimlənməsi
İş vaxtının uçotunun qeydiyyatının aparılmasının təşkil edilməsi;
Müəssisə üçün müvafiq ştat cədvəlinin hazırlanması;
Əmək funksiyası üzrə vəzifə təlimatının hazırlanması;
Maddi məsuliyyət haqqında müqavilənin hazırlanması;
Növbəli iş rejiminə (vaxta metodu) dair qrafiklərin tərtib edilməsi;
Xidməti müqavilələrin hazırlanması