G&I Training Academy Əlavə Təhsil Mərkəzi Qazanxana operatoru mövzusunda təlim təklif edir.
Təlimin məqsədi: Qazanxana operatorları və maşinistlərin bilik və bacarıqlarını artırmaq.
Təlim kimlər üçün nəzərdə tutulub: Qazanxana operatorları, Qazanxana maşinistləri və qazanxana işlərinə dair məsul şəxslər üçündür.
Mövzular:
Giriş
Məqsəd və anlayışlar
Qanunvericilik və digər tələblər
İstilik şəbəkələri haqqında ümumi məlumatlar
Qazanxana qurğularına dair Azərbaycan Respublikasında qüvvədə olan normativ sənədlər
Qazanxanaların təsnifatı
Qazanxananın təyinatı və yerləşdirilməsi
Qazanxananın yanacaq, elektrik və su təchizatı
Qazanxana avadanlıqları
Buxar və suqızdırıcı qazanların iş prinsipi
Qazanxana operatorlarının vəzifələri
Qazanxanada yanğın təhlükəsizliyi
Qazanxanada texniki təhlükəsizlik
Təlimin qiymətləndirilməsi
Təlim müddəti: 1 gün
Lazım olan iştirakçı sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər
Təlimin keçirildiyi dil: Azərbaycan və Rus dili
Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur.