Dəmirbənd / Taxtabənd quraşdırıcısı 2-ci səviyyə (Level 2)

G&I Training Academy Təlim Mərkəzi Dəmirbənd (Taxtabənd -Scaffolding) mövzusunda 2-ci səviyyəli (Level 2) təlim kursları elan edir. 

 

Kursun Tədris Metodikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən razılaşdırılmışdır.

 

Eyni zamanda G&I Training Academy əlavə təhsil müəssisəsi olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin rəyi əsasında əlavə təhsil fəaliyyəti üzrə Lisenziya əldə etmişdir.

 

Təlimin məqsədi: Dəmirbənd (taxtabənd) quraşdırıcılarının bilik və bacarıqlarının artırılması

 

Təlim kimlər üçün nəzərdə tutulub: Dəmirbəndlərin (taxtabəndlərin) quraşdırlmasına cəlb olunmuş işçi heyəti.

 

Təlim 2 hissədən ibarətdir: Nəzəri və Praktiki (əməli)

 

Mövzular: 

  • Giriş
  • Qanunvericilik
  • Cizgilərin (çertyojların) oxunması
  • TG - 20:13 Standartı
  • BS EN 12811-1 standartı
  • Bağlama üsulları və TG 4
  • Dəmirbənd elementləri
  • Dəmirbnədin növləri
  • Müstəqil bağlanmış dəmirbənd
  • Dəmirbənd barmağı
  • Quş qəfəsinə bənzər dəmirbənd
  • Statik qüllə (təsdiq edilmiş sistemdə boru və fitinq)
  • Dəmirbəndlərdəki dəyişikliklər
  • Ferma şəkilli dəmirbənd
  • Hazır tirlərdən ibarət dəmirbənlər
  • Qoruyucu yelpiklər
  • Yükləmə meydançası
  • Damda qurulan yəhər tipli dəmirbənd
  • Çıxıntılı dəmirbənd
  • Damın kənar qoruyucusu
  • Dəmir konstruksiyadan asılı boru dəmirbənd
  • Konsol tipli dəmirbənd
  • İkiyollu bərkitmə/ölü bərkitmə
  • Müvəqqəti dam dəmirbəndi
  • Pilləkənlər
  • Dəmirbənddən qurulmuş maili yol keçıdi
  • Dəmirbənd quraşdırıması, istifadəsi və sökülməsi ilə bağlı təhlükə və risklər
  • Riskin qiymətləndirilməsi
  • TG4 bağlantısının testi
  • Dəmirbəndin təhlükəsiz quraşdırıması və sökülməsi qaydaları
  • Dəmirbəndin təhlükəsiz quraşdırıması və sökülməsi zamanı Fərdi Mühafizə Vasitələri
  • Təhlükəsizlik haqqında Təlimat
  • Nəzəri hissənin Qiymətləndirməsi
  • Nəzəri hissədə təqdim olunmuş məlumatlar əsasında Praktiki hissənin keçirilməsi: Dəmirbəndin / taxtabəndin quraşdırılması və sökülməsi
  • Praktiki hissənin qiymətləndirilməsi

 

İştirakçı sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər

Təlimin keçirildiyi dil: Azərbaycan, ingilis və rus dili

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçıya FHN-təsdiqli SERTİFİKAT təqdim olunur. 

Sertifikatın etibarlılıq müddəti: 3 il