KEYFİYYƏT SİYASƏTİ
G&I Training Academy Əlavə Təhsil Mərkəzinin əsas məhsulları olan təlim və məsləhət xidmətləri ilə öz müştərilərinin loyallığına və məmnuniyyətinə dəyər verməyə çalışır. Öz Keyfiyyət İdarəetmə Sistemini müştəri mədəniyyətinə fokuslanan, müştəri və komanda işi yönümlü, daim təkmilləşən bir sistem kimi qurmağa meyillidir. Bizim Keyfiyyət Siyasətimiz müştəri gözləntilərini qabaqlayan innovativ yanaşma, peşəkarlıq və davamlı təkmilləşdirmə prinsipləri əsasında qurulmuşdur.
G&I Training Academy əmindir ki, təşkilatın bütün əməkdaşlarının müzakirələr, görüşlər, məlumatlandırma və müvafiq təlimlər vasitəsilə Keyfiyyət İdarəetmə Sistemi barədə bilik və məlumatlılığının artırılması, öz vəzifə və məsuliyyətlərinin başa düşülməsi və tələb olunan səriştələrin davamlı inkişaf etdirilməsi Keyfiyyət İdarəetmə Sisteminin uğurlu tətbiqi və effektiv fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır.
Təşkilatın Keyfiyyət İdarəetmə Sistemi öz əsas məqsədlərinə çatmaq üçün ISO 9001:2015 standartının, tətbiq olunan digər müvafiq standartların, yerli qanunvericiliyin, normativ və tənzimləyici tələblərin, həmçinin müvafiq müqavilə və müştəri tələblərinin nəzərə alınması əsasında qurulmuşdur.
ƏSAS MƏQSƏDLƏRİMİZ
- Korporativ müştərilərə və fərdi şəxslərə daha effektiv, qiymət cəhətdən səmərəli və yüksək keyfiyyətli təlim və məsləhət xidmətləri göstərməklə keyfiyyətli və etibarlı təşkilat imicini nümayiş etdirmək;
- Müştərilərin ehtiyac və gözləntilərini düzgün müəyyən etmək, onların tələblərini qarşılamaq və mümkün olduğu hallarda müştəri gözləntilərini qabaqlamaq;
- İnkişaf və böyümə formuluna fokuslanmaqla müqavilə, qanunvericilik, normativ, tənzimləyici və digər tətbiq olunan tələbləri qarşılamaq;
- Müştəri loyallığına, məmnuniyyətinə və etimadına nail olmaq;
- Müştərilərlə qarşılıqlı əlaqələri və kommunikasiyanı inkişaf etdirmək, onların rəy və geribildirimlərini xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi və təkmilləşdirilməsi prosesində nəzərə almaq;
- Məqsədlərinə komanda işi, əməkdaşlıq, peşəkarlıq və yüksək standartlara əməl etməklə nail olmaq;
- Təlim və məsləhət xidmətlərinin keyfiyyətinə təsir edən bütün əməkdaşların və təlimçilərin bilik, bacarıq, səriştə və peşəkar inkişafının davamlı olaraq artırılmasını və təkmilləşdirilməsini təmin etmək;
- Əməkdaşların və təlimçilərin öz vəzifələrini səmərəli yerinə yetirmələri üçün tələb olunan səriştələri müəyyən etmək, inkişaf etdirmək və qiymətləndirmək, zəruri hallarda müvafiq təlim və inkişaf tədbirləri həyata keçirmək;
- Təlim proqramlarının, təlim materiallarının və tədris metodlarının müvafiq standartlara, proqram tələblərinə, qanunvericiliyə və müştəri ehtiyaclarına uyğunluğunu, aktuallığını və effektivliyini təmin etmək;
- Təlim və məsləhət xidmətlərinin göstərilməsi zamanı müvafiq ixtisasa, təcrübəyə və səriştəyə malik əməkdaş və təlimçilərdən istifadə etmək;
- Keyfiyyət sisteminin yaxşılaşdırılmasına müsbət təsir edən fəaliyyətləri daim inkişaf etdirmək;
- Keyfiyyət İdarəetmə Sisteminin effektivliyini və proseslərin nəticəliliyini davamlı olaraq yaxşılaşdırmaq və təkmilləşdirmək;
- Xidmətlərin keyfiyyətinə təsir göstərə biləcək risk və imkanları müəyyən etmək, onları qiymətləndirmək və müvafiq tədbirlər həyata keçirmək;
- Keyfiyyət məqsədlərinin təşkilatın məqsədləri, strateji istiqaməti və bu Keyfiyyət Siyasəti ilə uyğunluğunu təmin etmək və həmin məqsədlərin ölçülə bilən göstəricilər əsasında monitorinqini və qiymətləndirilməsini həyata keçirmək;
- Keyfiyyət İdarəetmə Sisteminin fəaliyyətinin nəticələrini, müştəri məmnuniyyətini, xidmətlərin keyfiyyətini və proseslərin effektivliyini mütəmadi olaraq qiymətləndirmək və zəruri hallarda təkmilləşdirici tədbirlər həyata keçirmək.
G&I Training Academy Keyfiyyət Siyasətinin bütün əməkdaşlara çatdırılmasını, onların siyasət barədə məlumatlı olmasını, siyasəti başa düşməsini və öz fəaliyyətlərində tətbiq etməsini təmin edir.
Keyfiyyət Siyasəti təşkilatın məqsəd və fəaliyyət kontekstinə, strateji istiqamətinə, müştəri ehtiyac və gözləntilərinə, tətbiq olunan qanunvericilik və digər tələblərə uyğunluğunun təmin edilməsi məqsədilə mütəmadi olaraq nəzərdən keçirilir və zəruri hallarda yenilənir.
G&I Training Academy Keyfiyyət İdarəetmə Sisteminin və göstərdiyi təlim və məsləhət xidmətlərinin davamlı təkmilləşdirilməsinə sadiqdir.
Keyfiyyət bizim üçün yalnız nəticə deyil — müştərilərimizə təqdim etdiyimiz hər bir təlim və məsləhət xidmətinin ayrılmaz hissəsidir.
Hörmətlə,
Gündüz Əliyev
Təsisçi / Direktor
G&I Training Academy Əlavə Təhsil Mərkəzi