OSHAcademy Əməyin Təhlükəsizliyi və Sağlamlıq (Occupational Safety and Health) sahəsində peşəkar təlim kursları və proqramları təqdim edən təhsil təşkilatıdır. OSHAcademy müxtəlif sənaye sahələri üçün təhlükəsizlik və sağlamlıq üzrə geniş kurs və proqramlar hazırlayır. Təlimlər General Industry, Construction, Oil & Gas və digər ixtisaslaşmış təhlükəsizlik istiqamətlərini əhatə edir. "G&I Training Academy" OSHAcademy-nin Authorized Training Provider (ATP) statusuna malik olmaqla, OSHAcademy təlimlərini müəyyən edilmiş standart və tələblərə uyğun şəkildə təqdim edir. OSHAcademy təlimlərinin sonunda rəsmi təlim sənədləri və sertifikatlaşdırma materialları təqdim olunur.