Əməyin Təhlükəsizliyi və Sağlamlığı üzrə Mütəxəssis Proqramı

image not found!

Əməyin Təhlükəsizliyi və Sağlamlığı üzrə Mütəxəssis Proqramı

Əməyin Təhlükəsizliyi və Sağlamlığı üzrə Mütəxəssis Proqramı

Occupational Safety and Health Specialist Program (44-hour)

 

1. Proqram haqqında

Əməyin Təhlükəsizliyi və Sağlamlığı üzrə Mütəxəssis Proqramı ümumi Sənaye (General Industry) üzrə SƏTƏM üzrə mütəxəssislər, koordinatorlar və məsul əməkdaşlar üçün nəzərdə tutulmuş peşəkar proqramdır. Proqram təşkilatın Əməyin Təhlükəsizliyi və Sağlamlığı proqramının həyata keçirilməsinə, dəstəklənməsinə və gücləndirilməsinə kömək etmək üçün zəruri bilik və bacarıqların formalaşdırılmasına yönəlib.

 

2. Proqramın məqsədi

Proqramın məqsədi iştirakçılara effektiv Əməyin Təhlükəsizliyi və Sağlamlığı proqramının yaradılması və idarə edilməsinə dəstək olmaq, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsində iştirak etmək və iş yerində təhlükəsizliyin gücləndirilməsinə töhfə vermək üçün zəruri bilik və praktiki bacarıqlar qazandırmaqdır.

 

3. Təlimin faydaları və üstünlükləri

Proqram iştirakçılara:
• İş yerində təhlükələri müəyyənləşdirmək və onların qarşısının alınmasına kömək etmək;
• Təhlükəsizlik və sağlamlıq proqramlarının həyata keçirilməsinə dəstək olmaq;
• Təhlükələrə qarşı effektiv həllərin hazırlanması üzrə bilikləri inkişaf etdirmək;
• Fərdi mühafizə vasitələri, təhlükəli enerjinin idarə edilməsi, hündürlükdə iş, elektrik təhlükəsizliyi və fövqəladə hallar üzrə bilikləri genişləndirmək;
• Təhlükəsizlik sahəsində peşəkar inkişaf üçün möhkəm baza formalaşdırmaq imkanı verir.

 

4. Kimlər üçün nəzərdə tutulub?

Proqram SƏTƏM mütəxəssisləri, koordinatorlar və təşkilatın Əməyin Təhlükəsizliyi və Sağlamlığı proqramının həyata keçirilməsinə cavabdeh olan və ya bu prosesə dəstək verən əməkdaşlar üçün nəzərdə tutulub.

 

5. Kimlər iştirak edə bilər?

Əməyin Təhlükəsizliyi və Sağlamlığı sahəsində məsuliyyət daşıyan, təhlükəsizlik proqramlarının həyata keçirilməsində iştirak edən və bu sahədə bilik və bacarıqlarını inkişaf etdirmək istəyən şəxslər iştirak edə bilərlər.

 

6. Proqramın əsas mövzuları 

Proqram aşağıdakı 8 tələb olunan kursdan ibarətdir:

 

1. Əməyin mühafizəsinin idarə edilməsi — Introduction to Safety Management

2. Təhlükəli maddələr və amillər barədə məlumatlandırma proqramı — Hazard Communication Program

3. Fərdi mühafizə vasitələrindən istifadə — Personal Protective Equipment

4. Təhlükəli enerjinin təcrid edilməsi və bloklanması proqramı (LOTO) — Energy Control Program – LOTO

5. Erqonomikanın əsasları — Introduction to Ergonomics

6. Hündürlükdə iş zamanı yıxılmadan mühafizə proqramı — Fall Protection Program

7. Elektrik təhlükəsizliyinin əsasları — Electrical Safety Basics

8. Fövqəladə hallarda fəaliyyət planları — Emergency Action Plans

 

 

7. Təlim müddəti: 44 saat ( 9 gün)

 

8. Təlimin keçirilmə forması

Onlayn (canlı) və ənənəvi sinif otağında üzbə-üz. 

 

9. Təlimin dili:  Azərbaycan, ingilis, rus və türk dili. 

 

10. Qiymətləndirmə və imtahan

İştirakçılar kurs materiallarını və bilik yoxlamalarını tamamladıqdan sonra yekun kurs imtahanında iştirak edirlər. İmtahanlar çoxseçimli suallardan ibarətdir; sualların sayı kursun məzmunundan asılı olaraq 10–50 arasında dəyişir və əksər kurslarda 20 sual olur. İmtahan üçün 2 saat vaxt verilir, imtahan açıq kitab formatındadır və keçid üçün minimum 70% nəticə tələb olunur. İmtahandan uğursuz nəticə olduqda təkrar imtahan imkanı mövcuddur.

 

11. Sertifikat

Bu proqramı tamamlayan iştirakçı 44-hour Occupational Safety and Health Specialist proqramı üzrə sertifikat əldə edir.  Sertifikat paketi Program Certificate, Course Certificates, Training Record Card və Transcript-i əhatə edir.

Bu sertifikat proqramı üzrə təhsili tamamladığını təsdiq edir və şəxsin ayrıca peşəkar təhlükəsizlik sertifikatlaşdırma qurumu tərəfindən "qualified safety professional" kimi sertifikatlaşdırılması demək deyil.

IACET

Proqrama daxil olan 8 tələb olunan kurs OSHAcademy tərəfindən IACET CEU üçün uyğun kurslar kimi göstərilir.

Qeydiyyat

OSHAcademy