G&I Training Academy Əlavə Təhsil Mərkəzi Avtoklav Texniki təlim kursu elan edir.
Kurs “ISO 17665-1:2006 - Sterilization of health care products” Standartı əsasında nəzəri və praktiki olaraq keçirilir.
Avtoklav texniki avtoklav (sterilizator) cihazlarının texniki xidmətini və istismarını həyata keçirən şəxsdir. Avtoklavlar yüksək temperatur və təzyiq altında işləyərək mikroorqanizmləri öldürərək və ya təsirsiz hala gətirərək sterilizasiya proseslərini həyata keçirən cihazlardır. Onlar tibbdə, laboratoriyada, qida emalında, dərman istehsalında və bir çox sənaye sahələrində istifadə olunur.
Kursun proqramı:
Avtoklavın iş prinsipi
Avtoklavların təhlükəsiz istismarı üçün protokollar
Avtoklav növləri və modelləri
Sterilizasiya prosesləri (materialların qəbulu, işlənməsi və təhvili)
Avtoklavlara texniki qulluq
Kalibrasiya
Kimyəvi sterilizasiya üsulları
Sənədləşmə və qeydlərin aparılması
Kursun müddəti: 2 ay (48 saat)
Kursa kimlər müraciət edə bilər: Bu sahəyə marağı və bu sahə üzrə işləmək istəyən hər bir şəxs.
Təlimin keçirildiyi dil: Azərbaycan dili
Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur.