G&I Training Academy aşağıda qeyd edilmiş istiqamətlər üzrə inspeksiya və kalibrasiya xidmətləri həyata keçirir:
Qara və əlvan metallar, müxtəlif təyinatlı yerüstü və yeraltı magistral polad və polimer kəmərlər, qaynaq tikişləri, yiv və pərçim birləşmələri, tökmə, döymə, yayma və digər metal, inşaat-tikinti obyektləri və onların materialları, metal konstruksiyalar, dəniz platformalar və qurğularda, qrunt və süxurlarda.
Müxtəlif qaldırıcı qurğular və avadanlıqlar, LİFT, KRAN, qaldırıcı mexanizimlər, platformalar, alətlər və onların hissələrində (ştrop, blok, talblok, fırlanğıc, kəlləçarx, acarlar, vallar, əl alətləri, elektriklə işləyən avadanlıqlar, metal troslar, qayışlar, qarmaq, qandal).
Elektrik istehsalat qurğuları, müxtəlif elektrik şəbəkələri, elektrik təchizat sistemləri, elektrik şəbəkə qurğuları, şəbəkə bağlantılı sistemlər və onların avadanlıqları, yüksək və alçaq gərginlikli elektrik avadanlıqları, rele mühafizə və avtomatika, nəzarət ölçü cihazları, transformatorlar, açarlar, materiallar, alətlər, dielektrik vasitələr, naqillər və kabellərdə.
Nasoslar, kompressorlar, turbinlər və onların avandanlıqlarında.
Torpaqlama, kabellər və naqillərdə.
Təzyiq altında işləyən qablar, avadanlıqlar, tutumlar-çənlər, balonlar, CNG və LNG balonları, çənləri, tutumları, istidəyişdiricilər, qızdırıcılar, qazanlar, sobalar və onların avadanlıqlarında.
Boru kəmərləri, borular (metal, polietilen borular) və avadanlıqları, atmosferik çənlər, o cümlədən yeraltı və yerüstü tutumlar, qazma boruları, qazma və tamamlama avadanlıqları, quyu konstruksiyaları, quyu xidmət avadanlıqları, dəniz neft və qaz platformaları, qazma qurğuları, gəmilər və onların avadanlıqlarında.