Ətraf Mühitin Mühafizəsi

Ətraf mühitin mühafizəsi haqqında və Ekoloji təhlükəsizlik haqqında Azərbaycan   Respublikasının qanunları və bu qanunların tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanlarından irəli gələn tələblərə əsasən hər bir sənaye müəssisəsi üçün ekoloji normativ sənədlərin olması vacibdir. Bu sənədlər   müəssisənin təsərrüfat fəaliyyəti zamanı ətraf mühitin mühafizəsini təmin edən norma və qaydaların tətbiqi, onlara nəzarətin həyata keçirilməsi, zəruri hallarda operativ qərarların qəbul edilməsi və ətraf mühitin mühafizəsi sahəsindəki fəaliyyətin idarə edilməsi işinin yaxşılaşdırılması, ətraf təbii mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadəsi üçün lazımdır.