Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ)- 12 iyun 2018-ci il, Azərbaycan Respublikasının Qanuna əsasən, ƏMTQ – nəzərdə tutulan fəaliyyətin ətraf mühitə və insan sağlamlığına birbaşa və ya dolayı mənfi təsirinin aşkar edilməsi, təhlili, aradan qaldırılması və ya azaldılması, habelə bu fəaliyyətin həyata keçirilməsi və ya keçirilməməsi barədə qərarın qəbul edilməsi məqsədi ilə həmin fəaliyyət növlərinin kompleks təhlili əsasında onların ətraf mühitə və insan sağlamlığına təsirinin müəyyənləşdirilməsidir. ƏMTQ – yalnız nəzərdə tutulan fəaliyyət növlərinə münasibətdə məcburi, digər fəaliyyət növlərinə münasibətdə isə könüllü qaydada həyata keçirilir.