Qumlama və Boyama

G&I Training Academy Əlavə Təhsil Mərkəzi  BGAS Painting Inspection materialları əsasında Qumlama və Boyama (Sand Blasting and Painting) mövzusunda nəzəri və praktiki təlim kursları elan edir. 

 

Təlimin məqsədi: Qumlama və Boyama sahəsində çalışan işçilərin bilik və bacarqılarının artırılması. 

 

Təlim kimlər üçün nəzərdə tutulub: Qumlama və Boyama peşəsi üzrə çalışan və çalışmaq istəyənlər namizədlər üçün. 

 

Təlim 2 hissədən ibarətdir: Nəzəri və Praktiki (əməli) 

 

Mövzular: 

Nəzəri hissə

  • Giriş

  • Korroziyaya (paslanmaya) nəzarət

  • Metal səth hazırlığı

  • Qumlama avadanlıqları və onun hissələri

  • Su şırnağı ilə metal səth təmizliyi

  • Əl və elektrik alətləri ilə metal səth təmizliyi

  • Qumlar (abrazivlər) və onların xüsusiyyətləri

  • Standartlar (NACE SSPC-SP)

  • ISO 8501 SA – 1 (Corrosion Protection of Steel Structures by Painting)

  • Boya və onun xüsusiyyətləri

  • Hava şəraiti

  • Boyanın qarışdırılması

  • Boyanın vurulması

  • Təhlükəsizlik qaydaları 

  • Fərdi Mühafizə Vasitələrindən istifadə 

  • Nəzəri hissənin Qiymətləndirməsi (imtahan)

Praktiki hissə:

  • Praktiki hissənin keçirilməsi. 

  • Praktiki hissənin qiymətləndirilməsi

 

Təlim müddəti: Yeni başalyanlar (təcrübəsizlər) üçün 3 gün. Nəzəri hissə 15 saat, Praktik hissə 8 saat.

                           Təcrübəli işçilər üçün 2 gün  Nəzəri hissə 10 saat, Praktik hissə 8 saat.

 

İştirakçı sayı: Minimum 3 nəfər – maksimum 12 nəfər

 

Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis və Rus dili

 

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçıya SERTİFİKAT təqdim olunur.