SƏTƏM Siyasəti

Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi ilə bağlı Siyasət Bəyanatı

SAĞLAMLIQ, ƏMƏYİN TƏHLÜKƏSİZLİYİ VƏ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ 

           S İ Y A S Ə T İ         

G&I Training Academy Əlavə Təhsil Mərkəzi olaraq, Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi qaydalarının tətbiq olunması bizim dəyərlərimizdən biridir və iş fəaliyyətimizin ayrılmaz tərkib hissəsidir. SƏTƏM siyasətini tətbiq etməklə əsas məqsədimiz yerli qanunvericiliyin tələblərinə və beynəlxalq standartlara əməl etməklə insanların sağlamlığına, əmlaka, avadanlığa və ətraf mühitə zərər vurmadan təhlükəsiz iş mühiti yaratmaq və fəaliyyət sahəmizdə bədbəxt hadisələrin sayını sıfıra bərabər etməkdir.

Hər kəsin sağlamlığını qorumaq və təhlükəsizliyini təmin etmək əsas hədəfimizdir…!

 

Bu hədəfə çatmaq üçün G&I Training Academy aşağıdakı öhdəlikləri öz üzərinə götürür:

  • Yerli qanunvericiliyin və Beynəlxalq standartların tələblərinə riayət ediləcək;

  • Bütün fəaliyyətlərdəki işlər səriştəli şəxslər tərəfindən həyata keçiriləcək;

  • Təhlükəli tapşırıqlar üçün Təhlükəsiz İş Sistemi işlənilib hazırlanacaq;

  • Əməkdaşların səriştəliliyinin (bilik və bacarıqlarının) artırılması üçün müvafiq təlimlərə cəlb olunacaq;

  • Tapşırığa başlamadan öncə təhlükələr müəyyənləşdiriləcək və Risklər qiymətləndiriləcək.

  • Proaktiv yanaşma sistemindən istifadə etməklə baş verə biləcək mümkün təhlükələr müəyyənləşdiriləcək və Təhlükələrə qarşı Nəzarət (önləyici) tədbirləri görüləcək;

  • Risklər minimum səviyyəyə (qəbul olunan) çatdırılmayana qədər fəaliyyətlərə başlanılmayacaq;

  • Təhlükəsiz avadanlıq və alətlərdən istifadə ediləcək;

  • Təbii ehtiyatlardan düzgün istifadə etməklə atmosferə, suya və torpağa çirkləndirici maddələrin atılmasının qarşısı alınacaq

  • Tullantıları minumuma endirmək (azaltmaq), tullantıların yaranmasına yol verməmək, təkrar istifadə, yenidən istifadə və aradan qaldırma tədbirləri həyata keçiriləcək;

  • Baş vermiş hadisələrin əsas (təməl-kök) səbəbləri araşdırılacaq və gələcəkdə baş verməməsi üçün düzəldici tədbirlər görüləcək;

  • Hər kəs iş yerində baş vermiş və ya potensial təhlükələri, Təhlükəli davranışı, təhlükəli hal-vəziyyəti, qəza və qəzaya yaxın halı (qəzadan yankeçmə) aşkar etdikdə işi dayandırmaq və  səlahiyyətli şəxslərə məruzə etmək hüququna malik olacaq;

 

SƏTƏM üzrə tələblər şirkətin ərazisində və iş sahəsində həmçinin kənar şirkətin ərazisi və iş sahələrində vəzifələrini yerinə yetirən bütün əməkdaşlara şamil olunur. 

 

G&I Training Academy Təlim Mərkəzinə cəlb olunmuş işçinin və onun xidmətlərini göstərən hər bir əməkdaşını bu Siyasətdən xəbərdar etməyi öhdəsinə götürür:

  • SƏTƏM siyasəti ilə tanış olmalı və öhdəliklərini bilməli;

  • Fəaliyyəti zamanı özünü, iş yoldaşlarını və başqa şəxsləri riskə atmamalı;

  • Fəaliyyətlərə başlamadan öncə Risk Qiymətləndirilməsini həyata keçirməli;

  • Təhlükəli davranış, təhlükəli hal-vəziyyət gördükdə işi dayandırmalı və məruzə etməli;

  • Hər bir əməkdaş bir-birinin qayğısına qalan bir ailənin üzvünə çevrilməli;

  • Yüksək performans əldə etmək üçün birlikdə komanda şəklində fəaliyyət göstərməli;

  • Hər bir fəaliyyətdə yüksək müsbət Təhlükəsizlik Mədəniyyəti nümayiş etdirməlidir.

 

Hörmətlə,

Gündüz Əliyev

G&I Training Academy

Təsisçi / Direktor