Hündürlükdən düşməyə qarşı fərdi mühafizə vasitələrinin təftiş olunması

 G&I Training Academy xüsusi təlim keçmiş ixtisaslı mütəxəssilər tərəfindən Təhlükəsizlik kəmərlərinin (hündürlükdən düşməyə qarşı fərdi mühafizə vasitələrinin) təftiş olunması xidmətini təklif edir. Hündürlükdən düşməyə qarşı fərdi mühafizə vasitələrinin (FMV) uçota alınması, vaxtaşırı yoxlanılması keçirilməsi və texniki cəhətdən saz vəziyyətdə olması “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın tələbidir. Vaxtaşırı yoxlamaların keçirilməsinin dövriliyini FMV-istehsalçısı təyin edir, lakin yoxlama 6 aydan gec olmamaqla həyata keçirilməlidir.


Hündürlükdən düşməyə qarşı fərdi mühafizə vasitələrinin təftiş olunması “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın tələbidir.  Maddə 6. Hündürlükdə işlərin təhlükəsizliyini təmin edən sistemlərin tətbiqinə dair tələblər:

  • İşçilərin kollektiv və fərdi mühafizə vasitələri istehsalçının texniki sənədlərinin təlimatlarında göstərilən tələblərə uyğun olaraq təyinatına görə istifadə olunmalıdır. Texniki sənədləri olmayan mühafizə vasitələrindən istifadəyə yol verilmir.

  • İşçilərin kollektiv və fərdi mühafizə vasitələri müvafiq qaydada qeydiyata alınmalı və istehsalçının sənədlərində göstərilmiş tələblərə uyğun olaraq, onlara xidmət göstərən və vaxtaşırı yoxlamalar keçirən müəssisə tərəfindən texniki cəhətdən saz vəziyyətdə saxlanmalıdır. 

  • İşçilərə fərdi mühafizə vasitələrinin verilməsi və onlardan təhvil alınması fərdi mühafizə vasitələrinin verilməsi barədə şəxsi uçot kartında qeyd edilməlidir.

  • İşəgötürən istismar sənədlərindəki göstərişlərə uyğun olaraq hündürlükdə işlərin təhlükəsizliyinin təmin etmə sistemlərinin saz vəziyyətdə olmasının daim yoxlanılmasını, eləcə də mühafizə xassələri aşağı düşmüş elementlərin, komponentlərin və ya yarımsistemlərin vaxtında dəyişdirilməsini təmin etməlidir.

  • İstismar edildiyi müəssisələrdə fərdi mühafizə vasitələrinin hündürlükdən ağırlaşdırılmış yüklə düşməsi üzrə dinamik və statik sınaqları keçirilmir.

  • Hündürlükdə işləməyə buraxılan işçilər onlara verilən fərdi mühafizə vasitələrinə hər istifadədən əvvəl və sonra baxış keçirməlidirlər.

  • Mühafizə vasitələrinin işləmə müddəti, saxlanması, istismar və istifadə qaydaları istehsalçı tərəfindən müəyyən olunur və məhsula əlavə edilən sənədlərdə göstərilir.

 

Biz ofisimizdə sizin FMV-yə təftiş (yoxlama) keçirməyə və yaxud sizin ərazinizdə təftişini təşkil etməyə hazırıq. Ətraflı təftişin həyata keçirilməsi üçün sifarişçi FMN-nin istifadəsinin tarixçəsini təqdim etməlidir.

Təftişin (yoxlamanın) vaxtlı vaxtında keçirilməsi FMV-nin uzuzn müddətli istismarına və təhlükəsiz istifadəsinə zəmanət verir.