Ekoloji Pasport- müəssisənin təbii ehtiyatlardan istifadə səviyyəsini və ətraf mühitə təsir dərəcəsini əks etdirən göstəricilər sistemi ilə ifadə edilmiş məlumatlar kompleksinin daxil olduğu ekoloji normativ sənəddir. Ətraf mühitə zərər vura bilən bütün müəssisələrə şamil olunur. 18 sentyabr 2001-ci il № 583 Azərbaycan Respublikasının Prezidentinin Fərmanın 10.76. bəndinə əsasən – Qüvvədə olan qanunvericiliyə müvafiq olaraq ətraf mühitə zərər vura bilən müəssisələrə onların ətraf mühitə təsir göstəricilərinə dair ekoloji sənədlər sırasındadır.