IEMA - Institute of Environmental Management and Assessment

IEMA Foundation Certificate in Environmental Management

IEMA Ətraf Mühitin İdarə olunması Sertifikatı / IEMA Foundation Certificate in Environmental Management

 

Azərbaycanda ilk dəfə olaraq G&I Training Academy Əlavə Təhsil Mərkəzi Ətraf Mühitin Mühafizəsi sahəsində dünyada tanınmış Beynəlxalq IEMA - Institute of Environmental Management and Assessment TƏLİM MƏRKƏZİ statusunu qazanmışdır.

Bununla da G&I Training Academy IEMA-nın Foundation Certificate in Environmental Management kursunu tədris etmək səlahiyyətinə malikdir.

 

IEMA haqqında

IEMA (Ətraf Mühitin İdarə Edilməsi və Qiymətləndirilməsi İnstitutu) ətraf mühitin idarə edilməsi sahəsində aparıcı bir qurumdur.

Proqram mövzuları geniş əhatə dairəsinə, xüsusilə əsas ekoloji problemlərə, ətraf mühitin qanunvericilikdə yeri və ekoloji fəaliyyətin qiymətləndirilməsi alətlərinə (məsələn, ətraf mühitin idarə edilməsi sistemləri) malikdir.

Əsas hədəfləri bu sahədə çalışan insanların güvənini və fəaliyyətini, profilini və tanınmasını dəstəkləmək, həvəsləndirmək və təkmilləşdirməyi təmin etməkdir.

IEMA, insanların birlikdə davamlılığın aktuallığı və həyati əhəmiyyəti ilə bağlı qavrayışları və münasibətləri dəyişə biləcəyinə inanır.

 

IEMA-ya üzv olmaq

IEMA Təməl Sertifikatınızı aldığınız zaman 12 aylıq IEMA Affiliate üzvlüyünü (IEMA Associate Membership) əldə edəcəksiniz.

Bununla da siz:

▶ Hazırda bu sahədə baş verənlərdən xəbərdar olmağa kömək edəcək xəbərlərə və resurslara giriş əldə edəcəksiniz.

▶ Başqalarının ən son qanunvericilik və sənayeni formalaşdıran yenilikləri necə idarə etdiklərini görə biləcəksiniz.

▶ Siz həmçinin necə bir fərq yarada biləcəyinizlə bağlı məsləhətlər (yeni biliklər) əldə etmək üçün tədbirlərdə və vebinarlarda iştirak edə biləcəksiniz.

 

 

Kurs kimlər üçündür:

Bu kurs Ətraf mühit və davamlılıq sahələrindəki mütəxəssislər üçün tamamilə yeni bir fürsətdir.

IEMA Təməl Sertifikatı giriş səviyyəsi üzrə kvalifikasiyadır. Təlim kursu Ətraf Mühitin İdarəedilməsi haqqında öyrənmək istəyən hər kəs, eləcə də bu sahədə çalışan və bu sahədə öz təcrübəsini artırmaq istəyənlər üçün uyğundur. Burada əsasən Ətraf mühitin idarə edilməsinə diqqət yetirilir, buna səbəbdən aşağıda qeyd edilən sahələr üzrə cavabdeh şəxslər üçün mükəmməl bir fürsətdir:

 

▶  Ətraf mühit və ya davamlılıq sahələri kontekstində məlumatların toplanması

▶  Qanunvericilik tədbirləri və ya çirklənmənin qarşısının alınması tədbirləri üzrə müntəzəm yoxlamaların tamamlanması

▶  Başqalarına müntəzəm olaraq məsləhət və məlumat vermək

▶  Kiçik miqyaslı layihə və proqramlarda dəstəkləyici rol oynamaq.

 

Kurs əsas, texniki və bacarıqlara dair bilikləri əhatə edir. Siz təlim zamanı Qlobal ekoloji problemlər və onların müasir müəssisələrdə yaratdığı problemlər haqqında hər şeyi öyrənəcəksiniz. Bununla yanaşı, biznesinizin artan iqlim dəyişikliyinə, hava şəraitinə, resurs, enerji və tənzimləyici təhlükələrə qarşı dayanıqlı olmasını təmin edəcək idarəetmə bacarıqlarını inkişaf etdirəcəksiniz.

 

Siz həmçinin ISO 14001 kimi tanınan Ətraf Mühitin İdarəetmə Sisteminin necə tətbiq edildiyini öyrənəcəksiniz. Beləliklə, daha düzgün qərarlar qəbul edə və işinizdə  birbaşa səmərəlilik və təkmilləşdirmələr təmin edə biləcəksiniz.

 

Kurs 11 sessiyadan ibarətdir:

1. Davamlılığı niyə öyrənməli?

2. Ətraf mühitin mühafizəsi üzrə prinsiplər

3. Korporativ davamlılıq prinsipləri

4. Çirklənmə və çirklənmə ilə mübarizə

5. Siyasət və qanunvericiliyə giriş

6. Ətraf mühitin mühafizəsi haqqında qanunvericilik

7. Ətraf mühitin mühafizəsi vasitələri və qiymətləndirilməsi

8. Məlumatlar və hesabatlar

9. Ətraf mühitin idarə edilməsi sistemləri

10. Ətraf mühitin auditi

11. Davamlılıq fəaliyyətinin təkmilləşdirilməsi

 

Kursun müddəti: 40 saatdır.  

Kurs IEMA tərəfindən təsdiq olunmuş Təlimçi / Mütəxəssis tərəfindən keçirilir.

Kursun materialları (Learner Workbook & Learner Note) IEMA tərəfindən verilir.

 

 

Qiymətləndirmə

IEMA Təməl Sertifikatı çox seçimli onlayn imtahanla qiymətləndirilir.

Test hər birində 4 mümkün cavab olan 30 sualdan ibarətdir.

 

İmtahan "Açıq kitab" (open-book, online multiple-choice exam.) üsulu ilə keçirilir. Bu o deməkdir ki, siz imtahan zamanı kitablardan, qeydlərinizdən və internetdən istifadə edə bilərsiniz.

Unutmayın – sizə imtahanı başa çatdırmaq üçün cəmi bir saat vaxt veriləcək və bu vaxtı düzgün şəkildə vaxt itirmədən istifadə etməlisiniz (qeydlərinizə və s. nəzər salarkən vaxt itirə bilərsiniz). İmtahandan keçmək üçün prosesə hazırlaşmaq və materiallarla tanış olmaq lazımdır.

 

Keçid balı

İmtahanı başa çatdırmaq üçün 1 saat vaxtınız olacaq və bu, hər suala təxminən 2 dəqiqə vaxt sərf edə biləcəyiniz deməkdir. Hər sual 1 bal dəyərindədir və imtahanı keçmək üçün 21 suala (70%) düzgün cavab verməlisiniz.

 

İmtahan nəticələri

İmtahanı başa vuran kimi imtahan nəticələri (keçdiyiniz və ya uğursuz olduğu barədə) ilə tanış olacaqsınız.

İmtahanı uğurla keçdiyiniz təqdirdə, 6 - 8 həftə ərzində e-məktub vasitəsilə IEMA Foundation Certificate in Environmental Management SERTİFİKATI əldə edəcəksiniz.