Haqqımızda

Biz kimik?

G&I Training Academy yerli və beynəlxalq standartlara uyğun fəaliyyət göstərən lisenziyalı əlavə təhsil mərkəzidir. Mərkəzimiz ixtisaslı kadr hazırlığı, peşəkar inkişaf və sertifikatlaşdırma proqramları üzrə ixtisaslaşmışdır.

G&I Training Academy Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən, Elm və Təhsil Nazirliyinin rəyi əsasında verilmiş rəsmi lisenziya ilə fəaliyyət göstərir və ISO/IEC 17024:2024 beynəlxalq standartının tələblərinə uyğun qurulmuşdur.

Təlim və tədris metodikalarımız Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən razılaşdırılmışdır.


 

XİDMƏTLƏRİMİZ

 

Təlim və Peşə Kursları

G&I Training Academy aşağıdakı sahələr üzrə beynəlxalq və yerli standartlara uyğun peşəkar təlim və ixtisasartırma proqramları təqdim edir:

Beynəlxalq Sertifikatlaşdırılmış Təlimlər

  • IOSH Managing Safely (Təhlükəsiz İdarəetmə kursu)

  • IIRSM (International Institute of Risk and Safety Management) təsdiqli təlimlər

  • CIEH (Chartered Institute of Environmental Health) lisenziyalı Əməyin Mühafizəsi və Qida Təhlükəsizliyi təlimləri

  • ISEP – Environmental Sustainability Skills for Managers (Menecerlər üçün Ətraf mühit dayanıqlılığı proqramı)

  • Exemplar Global təsdiqli İSO Standartları üzrə təlimlər

  • AHA – American Heart Association Lisenziyalı İlk Yardım təlimləri

  • IBSP - International Board of Safety Professionals təsdiqli təlimlər


 

SƏTƏM Təlimləri

  • SƏTƏM mütəxəssisi hazırlıq və ixtisasartırma proqramları

  • Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi üzrə ümumi təlimlər (FHN təsdiqli)

  • Əməyin mühafizəsi və Təhlükəsizlik Texnikası normaları və qaydaları üzrə təlim kursları

  • Əməyin mühafizəsi və Texniki Təhlükəsizlik üzrə ixtisasartırma kursları

  • Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikasının təşkil edilməsi üzrə təlimlər

  • Əməyin Təhlükəsizliyi üzrə idarəetmə təlimləri

  • Ətraf mühitin idarə olunması üzrə təlimlər

  • SƏTƏM idarəetmə sistemlərinin təşkili üzrə təlimlər

  • İşlərin icrasına nəzarət təlimləri

  • Hündürlükdə iş üzrə təlimlər 

 

SƏNAYE TEXNİKALARI ÜZRƏ OPERATOR TƏLİMLƏRİ

  • AITT akkreditasiyalı Sənaye Texnikaları (Çəngəlli yükqaldırıcı, Avto səbət) üzrə Beynəlxalq operator təlimləri

  • Yükqaldırma (Lifting) / FHN təsdiqli 

  • Sənaye Texnikaları (Kran operatoru, Avto səbət, Çəngəlli yükqaldırıcı) üzrə Operator təlimləri / FHN təsdiqli

 


FÖVQƏLADƏ HALLAR ZAMANI XİLASETMƏ TƏLİMLƏRİ

  • Yanğın təhlükəsizliyi və evakuasiya təlimləri

  • Fövqəladə hallar zamanı xilasetmə təlimləri

  • Hündürlükdən xilasetmə

  • Qapalı sahədən xilasetmə

  • Yanğınla ilkin Mübarizə və Yanğın Nəzarətçisi

  • İlkin yardım

  • Sızma və Dağılma halları zamanı davranış

  • Fövqəladə Hallar komandası


 

Mühəndislik və Keyfiyyət Təlimləri

  • Mühəndislik üzrə peşə hazırlıq kursları

  • İxtisasartırma proqramları

  • Keyfiyyət idarəetmə sistemləri üzrə təlimlər (ISO standartları)


 

  • Qida Təhlükəsizliyi üzrə təlimlər
  • Mühafizəçilər üçün təlim kursları
  • Scaffolding (Taxtabənd) təlimləri 

 

 

Peşəkar inkişaf təlimləri

  • Liderlik və şəxsi inkişaf proqramları

  • Biznes və menecment təlimləri

  • Peşə bacarıqlarının inkişafı üzrə ixtisasartırma kursları

  • Təlimçilər üçün Təlim

  • Təqdimat bacarıqları

  • Vaxtın düzgün idarə olunması

 


 

 

KONSULTASİYA və AUDİT XİDMƏTLƏRİ

Yerli qanunvericiliyin və Beynəlxalq standartların tələbinə əsasən

  • Əməyin Təhlükəsizliyi idarəetmə Sisteminin qurulması

  • Müəssisənin fəaliyyətinə uyğun vəzifələr üzrə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə bütün növ təlimatların (Giriş, ilkin, elektrik, yanğın təhlükəsizliyi, və s.) hazırlanması

  • Prosedurların hazırlanması

  • İşçilərin Əməyin mühafizəsi üzrə biliklərinin yoxlanılmasının təşkili

  • Təhlükəli və zərərli istehsalat amillərinin müəyyən olunması

  • Bədbəxt hadisələrin, qəzaların araşdırılması və təhlil olunması

  • İSO beynəlxalq idarəetmə sistemi standartlarının tətbiq olunması üzrə konsultasiya xidmətləri

  • İSO Standartları üzrə sistemin yaradılması

  • SƏTƏM prosedurlarının hazırlanması

  • İş yerində  Risklərin Qiymətləndirilməsi və Nəzarət tədbirlərinin tətbiqi

  • SƏTƏM üzrə Audit və təftişlərin aparılması

  • Müəssisədə əməyin mühafizəsinə dair vəziyyətin qiymətləndirilməsi

 


EKSPERT HEYƏTİMİZ

Komandamız beynəlxalq səviyyədə tanınmış sertifikatlara malik, müxtəlif sənaye sahələrində geniş praktiki təcrübəyə sahib mütəxəssislərdən ibarətdir.

Onların bilik və təcrübəsi, beynəlxalq standartlara əsaslanan metodologiyalarla birləşərək xidmətlərimizin yüksək keyfiyyətini və etibarlılığını təmin edir.

Biz bilik, praktiki təcrübə və beynəlxalq akkreditasiya yanaşmasını birləşdirərək təşkilatlara davamlı inkişaf və təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasında strateji dəstək veririk.


 

STRATEJİ DƏYƏRİMİZ

G&I Training Academy yalnız təlim mərkəzi deyil, eyni zamanda təşkilatların aşağıdakı sahələrdə inkişafına dəstək verən strateji tərəfdaşdır:

  • Əməyin təhlükəsizliyi və sağlamlıq sistemi

  • Risklərin idarə olunması

  • Operativ uyğunluq və normativ tələblər

  • Davamlı inkişaf və keyfiyyət idarəetməsi


 

MİSSİYAMIZ

Bizim missiyamız təqdim etdiyimiz təlim və inkişaf proqramları vasitəsilə müştərilərimizin təşkilati performansına ölçülə bilən və davamlı müsbət təsir göstərməkdir.


 

VİZYONUMUZ

Beynəlxalq standartlara uyğun, etibarlı və yüksək keyfiyyətli təlim və konsaltinq xidmətləri ilə regionda aparıcı təhsil və inkişaf mərkəzlərindən birinə çevrilmək.


 

DƏYƏRLƏRİMİZ

  • Peşəkarlıq və mükəmməllik

  • Etibarlılıq və şəffaflıq

  • Müştəri yönümlülük

  • Davamlı inkişaf və innovasiya


 

TƏCRÜBƏ

Mərkəzimizin aparıcı mütəxəssisləri liderlik, layihələrin idarə olunması, planlaşdırma və təşkilati inkişaf sahələrində 20 ildən çox peşəkar təcrübəyə malikdirlər.


NİYƏ biz?

Bizimlə əməkdaşlıq etməklə siz:

  • Beynəlxalq standartlara uyğun təlim və sertifikatlaşdırma

  • Praktik yönümlü və real iş mühitinə uyğun tədris

  • Fərdi və korporativ həllər

  • Operativ və effektiv xidmət

  • Müştəri ehtiyaclarına uyğun çevik qiymət siyasəti əldə edirsiniz.

Biz məqsədimiz yalnız təlim keçmək deyil, təşkilatlara real dəyər qazandırmaq, insan kapitalını inkişaf etdirmək və uzunmüddətli nəticələr yaratmaqdır.