Sertifikatlaşdırılma Prosesi

“G AND İ TRAINING ACADEMY” Personalın Sertifikatlaşdırılması Orqanında sertifikatlaşdırma prosesi təsdiq edilmiş sertifikatlaşdırma sxemlərinə uyğun olaraq həyata keçirilir və aşağıdakı mərhələləri əhatə edir:

 

1. Müraciətin təqdim edilməsi

Sifarişçi müvafiq sertifikatlaşdırma sxemini və tətbiq sahəsini seçərək müraciət formasını Orqanın internet səhifəsi vasitəsilə elektron qaydada və ya şəxsən təqdim edir. Müraciətə sxemin tələblərinə uyğunluğu təsdiq edən zəruri sənədlər əlavə olunur.

 

2. Müraciətin qeydiyyatı və nəzərdən keçirilməsi

Daxil olan müraciət qeydiyyata alınır və sifarişçiyə qəbul barədə elektron təsdiq göndərilir. Müraciət 10 iş günü ərzində nəzərdən keçirilir. Təqdim edilmiş sənədlərin tamlığı, həqiqiliyi, namizədin sxemdə müəyyən edilmiş ilkin şərtlərə uyğunluğu və Orqanın qiymətləndirmə aparmaq imkanları yoxlanılır. Tələblərə cavab verən sifarişçi namizəd statusu alır.

 

3. Qiymətləndirmə və imtahan

Namizədin səriştəsi müvafiq sertifikatlaşdırma sxemində müəyyən edilmiş tələblər və qiymətləndirmə üsulları əsasında yoxlanılır. Qiymətləndirmə sənədlərin nəzərdən keçirilməsini, yazılı (nəzəri), praktiki, şifahi imtahanı və ya müşahidəni əhatə edə bilər. İmtahanlar Orqanın nəzarətində olan imtahan yerlərində əyani formada keçirilir. 

 

4. Sertifikatlaşdırma qərarının qəbulu

Qiymətləndirmə və imtahan nəticələri müvafiq sübutlar əsasında nəzərdən keçirilir. Sertifikatın verilməsi və ya verilməməsi barədə qərar Orqanın müəyyən edilmiş qərarvermə qaydasına uyğun qəbul edilir.

 

5. Sertifikatın verilməsi

Müsbət sertifikatlaşdırma qərarı qəbul edildikdə və sertifikatlaşdırma müqaviləsi rəsmiləşdirildikdən sonra namizədə müvafiq sertifikat təqdim edilir. Sertifikatlaşdırılmış şəxsin məlumatları rəsmi reyestrə daxil edilir.

 

6. Monitorinq və təkrar sertifikatlaşdırma

Sertifikatlaşdırma sxemində nəzərdə tutulduğu hallarda sertifikatlaşdırılmış şəxslərə nəzarət həyata keçirilir. Sertifikatın qüvvədə olma müddəti başa çatdıqda təkrar sertifikatlaşdırma müvafiq sxemdə müəyyən edilmiş tələblərə uyğun aparılır.

 

Qeyd: Sertifikatlaşdırma Akademiyanın təlim kurslarında iştirakdan asılı deyil. İlkin şərt kimi təlim tələb olunduqda, həmin təlim Orqandan və ya digər təlim təşkilatından alına bilər. Sxemdə nəzərdə tutulmuş ekvivalent təhsil və təcrübə də qəbul edilir.