Şikayət və Apellyasiya qaydaları

G AND İ TRAINING ACADEMY Personalın Sertifikatlaşdırılması Orqanı şikayət və apellyasiyalara qərəzsiz, obyektiv, məxfi və şəffaf şəkildə baxılmasını təmin edir.

 

Apellyasiya – sifarişçinin, namizədin və ya sertifikatlaşdırılmış şəxsin Orqan tərəfindən qəbul edilmiş sertifikatlaşdırma qərarına yenidən baxılması üçün müraciətidir.

Şikayət – Orqanın fəaliyyəti, göstərilən xidmətlər, personal, imtahan şəraiti və ya sertifikatlaşdırılmış şəxsin fəaliyyəti ilə bağlı narazılığın bildirilməsidir.

 

Müraciət qaydası

Şikayət və apellyasiyalar Orqana yazılı formada şəxsən, poçt vasitəsilə, elektron poçtla və ya internet səhifəsindəki müraciət forması vasitəsilə təqdim edilə bilər.

Şikayət və təkliflər complaints@gitrainingacademy.az elektron poçt ünvanına göndərilə bilər.

Şifahi müraciətlər də yazılı qaydada qeydə alınır.

Daxil olan müraciətlər qeydiyyata alınır və müraciət edən şəxsə 5 iş günü ərzində qəbul barədə təsdiq, qeydiyyat nömrəsi və baxılma müddəti barədə məlumat verilir.

 

Baxılma müddətləri

  • Apellyasiya mübahisələndirilən qərar barədə bildiriş alındıqdan sonra 30 təqvim günü ərzində təqdim edilməlidir.

  • Apellyasiyaya qeydiyyata alındığı tarixdən etibarən 30 iş günü ərzində baxılır.

  • Şikayətə qeydiyyata alındığı tarixdən etibarən 30 iş günü ərzində baxılır. Mürəkkəb hallarda bu müddət bir dəfə əlavə 30 iş gününədək uzadıla bilər və müraciət edənə məlumat verilir.

  • Qəbul edilmiş qərar və baxılmanın nəticəsi müraciət edənə rəsmi qaydada bildirilir.

Məxfilik və ödəniş

Bütün şikayət və apellyasiyalara baxılması ödənişsizdir. Müraciətlərin araşdırılması zamanı qərəzsizlik, məxfilik və ayrı-seçkiliyə yol verilməməsi prinsipləri təmin edilir. Müraciətin təqdim edilməsi və araşdırılması müraciət edən şəxsə qarşı hər hansı mənfi münasibətə səbəb olmur.

Hər bir müraciət müəyyən edilmiş qaydada qeydə alınır, araşdırılır və nəticəsi barədə müraciət edən şəxsə məlumat verilir.