SƏTƏM təlimləri

İş yerində Təhlükəsizliyin təmin olunması yüksək mədəniyyətdən xəbər verir.

image not found!

SƏTƏM Mütəxəssisi | HSE Specialist

SƏTƏM Mütəxəssisi ixtisasartırma kursu

 

G&I Training Academy Əlavə Təhsil Mərkəzi  SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) sahəsində çalışan və bu sahədə peşəkar karyera qurmaq arzusunda olan hər kəs (0-dan başlayanlar) üçün ixtisasartırma kursları təklif edir. 

 

SƏTƏM Təlim kurslarının Tədris Metodikası "Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi" tərəfindən razılaşdırılmışdır. Bununla bağlı web saytımızda bu linkdən baxa bilərsiniz.

 

G&I Training Academy Əlavə Təhsil Müəssisəsi olaraq “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi”  “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi”nin rəyi əsasında Əlavə Təhsil fəaliyyəti üzrə Lisenziya əldə etmişdir.

 

G&I Training Academy Əlavə Təhsil fəaliyyəti üzrə Lisenziyalaşdırılmış, fəaliyyətlərini Personalın Sertifikatlaşdırılması sahəsində ISO/IEC 17024:2014 Beynəlxalq standartı üzrə Akkreditasiya olunmuş Təhsil Mərkəzidir. Akkreditasiya Attestatına bu linkdən baxa bilrəsiniz. 

 

KURSUN PROQRAMI

Tədris proqramı: 15 mövzudan ibarətdir. Hər modul üzrə 3 saatlıq nəzəri və praktiki təlim keçirilir. 

 

Kursun Proqramına aşağıdakı mövzular daxildir:

 Mövzu 1. SƏTƏM İdarəetmə Sistemi (Müəssisədə Əməyin Mühafizəsi İdarəetmə sisteminin təşkil edilməsi)

 Mövzu 2.  İşə nəzarət və İşin İcrasına İcazə

 Mövzu 3. Təhlükələrin müəyyən olunması və Riskin qiymətləndirilməsi

 Mövzu 4.  İş yerində olan əsas Təhlükələr və Nəzarət tədbirləri

 Mövzu 5. Yanğın Təhlükəsizliyi qaydaları

 Mövzu 6. Bədbəxt hadisələrin / Qəzaların araşdırılması 

 Mövzu7. İlkin yardımın əsasları

 Mövzu 8. Sağlamlıq üçün təhlükəli maddələrə nəzarət (kimyəvi maddələrin təhlükəsizliyi) 

 Mövzu 9. Ekologiya və Ətraf Mühitin idarə olunması

 Mövzu 10. Yükqaldırma əməliyyatlarının təhlükəsizliyi

 Mövzu 11. Elektrik təhlükəsizliyi

 Mövzu 12. Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları

 Mövzu 13. Qapalı Sahəyə Giriş

 Mövzu 14. Müəssisədə əməyin mühafizəsi xidməti işinin təşkili (Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikasının təşkil edilməsinin əsasları üzrə əmək qanunvericiliyin tələbləri) 

 Mövzu 15. Müəssisədə işçilərin əməyin mühafizəsi üzrə təlimatlandırlması və biliklərinin yoxlanılması qaydaları.

 

TƏLİMÇİLƏR. 

Təmsil etdikləri sahədə 20 ildən çox Beynəlxalq iş təcrübəsi olan peşəkar (professional) mütəxəssislər / mühəndislər tərəfindən tədris olunur.

 

KURSUN MÜDDƏTİ:  50 saat. Kurs 2 ay müddətində həftə içi keçirilir.

 

KURSUN METODİKASI / KURS MATERİALLARI

Kursun metodikası yerli qanunvericiliyin və Beynəlxalq standartların tələblərinə əsasən hazırlanmışdır:

 Əməyin mühafizəsi və Texniki təhlükəsizlik üzrə Azərbaycan Respublikasının qanunvericiliyi

 NEBOSH / Peşə Təhlükəsizliyi və Sağlamlıq üzrə Milli İmtahan Komitəsi/Şurası

 IOSH / Peşə Sağlamlığı və Təhlükəsizliyi İnstitutu (Institution of Occupational Safety and Health)

 British standards BSI (Occupational Health and Safety Executive)

 

Kurs Azərbaycan dilində tədris olunur.

Kursun sonunda iştirakçıların bilikləri qiymətləndirilir və 6 ədəd SERTİFİKAT təqdim olunur.

 

Kursu uğurla bitirdikdən sonra 

  • Chartered Institute of Environmental Health təsdiqli Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi  sahəsində BEYNƏLXALQ sertifikat təqdim olunur. 

  • Kursun yekun sertifikatı 

  • Seçilmiş əsas mövzulardan 4 ədəd yerli FHN Təlim Metodikası təsdiqli SERTİFİKAT 

 

KURSDAN ƏLDƏ EDƏCƏKLƏRİNİZ:

  • SƏTƏM sahəsində nəzəri və praktiki bilik/bacarıqlar;

  • Əməyin mühafizəsi sahəsində yerli və Beynəlxalq qanunvericiliyin tələbləri;

  • İş yerlərində SƏTƏM İdarəetmə (HSE Managment System) sisteminin qurulması və idarə olunması;

  • İş yerlərində SƏTƏM Auditlərinin, Yoxlamaların (təftiş/inspection) və monitorinq işlərinin aparılması;

  • İş yerlərində Təhlükələrin müəyyən olunması və Riskin qiymətləndirilməsi;

  • SƏTƏM sahəsində sənədləşmənin tərtib olunması və vəzifə öhdəliklərinin öyrənilməsi;

  • İşə götürənlərin SƏTƏM-lə bağlı tələblərinin öyrənilməsi;

  • Karyera planlaması və uğurlu iş müsahibəsinin yolları haqqında prkatiki bacarıqlar;

  • SƏTƏM sahəsində iş tapmaqda və bu sahədə karyeranızın yüksəlməsinə sahib olacaqsınız.

 

 Xülasə Siz bu Təlim kursunda iştirak etməklə SƏTƏM mütəxəssislərinə tələb olunan bilik və bacarıqları praktiki olaraq əldə edəcəksiniz.

 

Ünvan: "SAT Plaza" Biznes Mərkəzi, 9-cu mərtəbə, Bəşir Səfəroğu küçəsi 133, Bakı şəhəri. (Şahmat klubunun / məktəbinin yanı)

 

 

NƏALİYYƏT VƏ UĞURLARIMIZ:

SƏTƏM Mütəxəssisi hazırlıq kursunun məzunları "SOCAR" (Azərbaycan Dövlət Neft Şirkəti), "Great Wall Drilling Company Limited", "Gilan Holding", "Gilan Beton", "Azfen BM", "SOCAR Karbamid zavodu", "ÜSTAY Construction-Contracting and Trading Company", "Veysəloğlu Şirkətlər Qrupu", "SAMSUNG Engeneering", "STP - Sumqayıt Texnologiyalar Parkı", "North West Constraction", "Azərtexnolayn", "AZƏRGOLD QSC", "Təmiz Qaz QSC",  "Prokon", "Terra Group", "Best-Baku Electromechanical Systems & Trade  LTD", "Management Constraction & Mounting MCM", "AAC" MMM Muasir Tikinti Materiallar Zavodu, "Hidro İnşaat Servis", "Azqur İnter", "Qafqaz-Qəbələ -Tuandağ", "Qafqaz Tufandag Mountain Resort",  “AccessBank” QSC,  “AZƏRŞƏKƏR” MMC, “İCE DESİGN” MMC, "ASTexnoServis", "Nəzarət Ölçü Cihazları və Avtomatika " MMC,  və "Tunel Tikinti Servis" MMC-də kimi şirkətlərdə "Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası" üzrə Mühəndis və Menecer kimi çalışırlar.

Qeydiyyat

SƏTƏM təlimləri