SƏTƏM təlimləri

İş yerində Təhlükəsizliyin təmin olunması yüksək mədəniyyətdən xəbər verir.

image not found!

Cilalayıcı | Kəsici Çarxların Təhlükəsizliyi | Abrasive Wheels Grinder Safety

G&I Training Academy Əlavə Təhsil Mərkəzi Cilalama və Kəsmə çarxlarının təhlükəsiz istifadəsi üzrə təlim təklif edir. 

 

İş yerlərində Kəsmə və Cilalama avadanlıqlarından istifadə edərkən bir çox xəsarətlərə və ölümlə nəticələnən bədbəxt hadisələrə gətirib çıxarır. Bu bir çox hallarda istifadəçilərin yetərincə məlumatlı olmamasından və davranış qaydalarını pozmaları səbəbindən baş verir. Bu kursa göndərilmiş iştirakçılar daşına bilən və ya stasionar cilalayıcıdan istifadə edərkən məsuliyyət və öhdəliklərini bilmələrini təmin etmək üçün nəzərdə tutulmuşdur. 

 

Təlimin məqsədi: Cilalama və Kəsmə çarxlarının təhlükəsiz istifadəsi, quraşdırılması, saxlanılması və daşınması üçün lazımı məlumatlarla təmin etmək.

Təlim kimlər üçün nəzərdə tutulub: daşına bilən və ya stasionar kəssmə və cilalayıcılardan istifadə etməyi nəzərdə tutulmuş şəxslər üçün nəzərdə tutulmuşdur.

 

Təlimin mövzuları:

  • Giriş / tanışlıq
  • Fövqəladə Hallar zamanı nəzarət tədbirləri
  • Xəsarətlər, yaralanamalar və bədbəxt hadisələrin statistikası
  • Kəsmə / Cilalama daşlarının istifadəsinə dair ümumi məlumat
  • Rol və öhdəliklər
  • Cilalayıcı / Kəsici Çarxların istifadəsi zamanı Təhülkələr və risklər
  • Xəsarətlər və Titrəyiş təhlükəsi (bədənin və əllərin titrəmə Sindromu)
  • Elektrik ilə çalışan kəsmə və cilalama çarxları
  • Çarxların xarakteristikası və növləri
  • Kəsici / Cilalayıcı çarxların tərkibi
  • Elektrik avadanlıqlarının və disklərin saxlanılması və istifadə qaydaları
  • Cilalayıcı və kəsmə disklərin quraşdırılması
  • Cilalayıcı və Kəsici avadanlıqlarının istifadədən öncə təhlükəsizlik qaydaları
  • Cilalayıcı və Kəsici avadanlıqlarının istifadəsi zamanı təhlükəsizlik qaydaları
  • Sıxıcı Boltlar / Qaykalar
  • Çarxların bağlanma və açılma qaydaları
  • Qoruyucuların təyinatı
  • Gözün və üzün mühafizəsi, Ciyərlərin zədələnməsi
  • Vibrasiya (titrəyişli) təhlükəsi, Səs-küylü Alətlər və nəzrət tədbirləri
  • Nəzarət tədbirləri və Fərdi Mühafizə vasitələrinin (FMV) düzgün istifadə qaydaları
  • Təlimin yekunlaşdırılması və qiymətləmdirmə (test sualları)

 

Təlim müddəti: 1 gün (nəzəri və praktik hissə) 

Lazım olan iştirakçı sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər

Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis, Rus və Türk dili

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur.

Sertifikatın etibarlılıq müddəti: 3 il 

SƏTƏM təlimləri