SƏTƏM təlimləri

İş yerində Təhlükəsizliyin təmin olunması yüksək mədəniyyətdən xəbər verir.

image not found!

Riskin Qiymətləndirilməsi | Risk Assessment (RA)

Riskin Qiymətləndirilməsi / Risk Assessment (RA)

Biz hər gün iş yerlərində təhlükələrlə qarşılaşırıq. İş yerlərində sağlamlığın qorunması, əməyin təhlükəsizliyi və ətraf mühitlə bağlı ilk addım təhlükələrin müəyyənləşdirilməsi və riskin qiymətləndirilməsidir.

 Siz müəssisənizdə tapşırıqla bağlı riskin qiymətləndirilməsi prosesini tətbiq etməklə potensial təhlükələrin qarşısını alaraq, personalın sağlamlığına, ətraf mühitə və əmlaka dəyə biləcək ziyanın qarşısını ala bilərsiniz. Həmçinin Riskin qiymətləndirilməsi prosesində işi sistemli yoxlamaq və sənədləşdirmək, müvafiq nəzarət meyarlarını dəqiqləşdirmək, nəticədə isə tapşırığın icrasının təhlükəli olub-olmadığını müəyyənləşdirməyə kömək edən bir metoddur. Bu metodu iş yerinizdə tətbiq etmək üçün bu sahə üçün nəzərdə tutulmuş səlahiyyətli şəxslərin təlimatlandırılmasına ehtiyac duyulur.  G&I Training Academy olaraq bu mövzuda təlimin keçirilməsini sizə təklif edirik.

 

Təlimin məqsədi: İş yerində təhlükələrin müəyyənləşdirilməsi və Riskin Qiymətləndirilməsi sahəsində işçiləri məlumatlandırmaq.

Təlim kimlər üçün nəzərdə tutulub: Təlim təhlükəsiz iş sisteminin həyata keçirilməsinə görə məsuliyyət daşıyan bütün şəxslər üçün nəzərdə tutulmuşdur.  
 

Təlim kursunu bitirdikdən sonra aşağıdakıları öyrənəcəksiniz:

  • Təhlükələrin aşkar olunmasını

  • Riskin necə qiymətləndirilməsini

  • Nəzarət tədbirlərinin tətbiq olunmasını  

  • Rollar və vəzifə öhdəliklərini

 

Mövzular: 

  • Giriş

  • Əsas terminlərin izahı (Risk, Təhlükə, Ehtimal və Ciddilik)

  • Riskin Qiymətəndirilməsi nədir?

  • Risklərin Qiymətləndirilməsini həyata keçirməkdə məqsəd

  • İş yerində olan əsas təhlükələr və onların müəyyən olunması

  • Riskin Qiymətləndirilməsinin mərhələləri

  • İş Riskinin Qiymətləndirilməsinin növləri

  • İş Riskinin Qiymətləndirilməsinin səviyyələri

  • Nəzarət Tədbirlərinin İyerarxiyası

  • Riskin Qiymətləndirilməsi cədvəli (matrisi)

  • Praktik olaraq Riskin Qiymətləndirilməsinin yazılı olaraq həyata keçirmək

  • Təlimin qiymətləndirilməsi

 

Təlim müddəti: 1 gün

İştirakçı sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər

Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis və Rus

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur. 

SƏTƏM təlimləri