G&I Training Academy Əlavə Təhsil Mərkəzi GHP – QABAQCIL GİGİYENA TƏCRÜBƏLƏRİ (GHP – Good Hygiene Practices) üzrə təlimin keçirilməsini təklif edir.
Qabaqcıl Gigiyena Təcrübələri (GHP) üzrə təlim proqramı qida məhsullarının emalı sahəində fəaliyyət göstərən obyektlərdə bu sahədə ən yaxşı praktikanı əhatə edir. Təlim proqramı özündə həm yerli həm də beynəlxalq təcrübəni əks etdirməklə qarşıya qoyulan məsələlərdə müasir həll yollarını göstərməkdədir. Bu baxımdan Qabaqcıl Gigiyena Təcrübələri (GHP) üzrə təlim proqramının qida təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.
Təlimin Məqsədi: GHP – Good Hygiene Practices – Qabaqcıl Gigiyena Təcrübələri təlim proqramı HACCP qida təhlükəsizliyi idarəetmə sisteminin ilkin şərtlərindən biri hesab edilir və əsasən istehsal, satış və ictimai iaşə obyektlərindəki gigiyena qaydalarını əhatə edir.
Təlim kimlər üçün nəzərdə tutulub:
Qida təhlükəsizliyi idarəetmə sisteminın qurulmasına cəlb olunan əməkdaşlar;
İstənilən emal mərhələsində və qida zəncirində məhsulun təhlükəsizliyinə cavabdehlik daşıyan əməkdaşlar;
Keyfiyyətə nəzarət bölmələrin əməkdaşları;
Daxili auditorlar;
Fərdi şəxslər;
Təlimin səmərələri:
GHP – Qabaqcıl Gigiyena Təcrübələri üzrə təlim proqramı özündə qida zəncirində saxlanma və daşınma üzrə fəaliyyət göstərən obyektlərdə kompleks yerli və beynəlxalq sanitar-gigiyenik və qida təhlükəsizliyi yanaşmasını ehtiva etməklə bu sahədə təlim iştirakçılarına aşağıdakı səmərələri təklif etmiş olur:
Təlim proqramının mənimsənilməsi nəticəsində qida obyektlərində çalışan personalın və digər şəxslərin gigiyena vərdişləri təmərküzləşəcək və qabaqcıl qida təhlükəsizliyi praktikası əldə ediləcək;
Təlim proqramı özündə qida obyektlərində personal və infrastrukturdan qaynaqlanan çirklənmələrin aradan qaldırılması və ya minimuma endirilməsi üzrə kompleks tədbirlər məcmuəsini əhatə edir. Bu isə təlim iştirakçılarının gələcək fəaliyyətlərində bu sahə üzrə biliklərin səmərəli və məqsədəuyğun tətbiqinə şərait yaradacaqdır.
Mövzular:
Giriş
Personalın şəxsi gigiyenası
Personalın sağlamlıq vəziyyəti
Personalın fərdi təmizliyi
Personalın fərdi davranışları
Qida obyektində olan ziyarətçilər və qonaqlar haqqında qaydalar
İstehsalat binası və digər obyektlərin gigiyenası
Bina və digər obyektlərində istifadə olunan avadanlıqların obyektin yerləşmə planına uyğun olaraq dizaynı, mühəndisliyi və quraşdırılması
Zay / Uyğun olmayan məhsulların idarə edilməsi qaydaları
Köməkçi sahələr və sanitar qovşaqlara olan tələblərin anlaşılması
Güzəştlər və imtiyazlar: Təlim Proqramının iştirakçıları aşağıdakı güzəşt və imtiyazlara sahibdirlər:
Təlim proqramı bu sahədə təcrübəli təlimçi-ekpert tərəfindən həyata keçirilir. Bu isə təlimin səmərəliliyinə və effektivliyinə zəmanət verir;
Təlim proqramı zamanı iştirakçılara mövzuya elektron və çap formatında təlim materialları ilə təmin edilirlər;
Təlim proqramı interaktiv formatda təşkil edildiyindən təlimin gedişatında keçilmiş təlim mövzularına dair yerində tapşırıqlar həyata keçirilir ki, bu da təlimin tam mənimsənilməsinə şərait yaradır;
Təlim proqramının sonunda iştirakçılara əlavə olaraq qiymətləndirmə imtahanında iştirak edərək məqbul nəticə göstərilən halda “GHP təlim proqramı üzrə müvəffəqiyyət” sertifikatını qazanmaq imkanı yaradılır;
Təlim müddəti: 3 gün
Qrupda dinləyicilərin sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər
Təlimin keçirildiyi dil: Azərbaycan, Rus və İngilis dili
Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara Sertifikat təqdim olunur.