SƏTƏM təlimləri

İş yerində Təhlükəsizliyin təmin olunması yüksək mədəniyyətdən xəbər verir.

image not found!

Mühafizəçilər üçün Təlim kursu | Security Training Course

G&I Training Academy Əlavə Təhsil Mərkəzi Mühafizəçilər üçün Təlim kursu ( Basic Security Training Course) təklif edir.  Təlim Mühafizə sahəsində peşəkar mütəxəssislər tərəfindən tədris olunur. 

 

Kursun məqsədi: Təhlükəsizlik xidməti əməkdaşlarınının (Mühafizəçilərin) «Təhlükəsizlik» sahəsində bilik və bacarqılarının artırılmasıdır.

 

Təlim kimlər üçün nəzərdə tutulub: Mühafizə sahəsində çalışan və bu sahədə çalışmaq istəyən heyət üçün nəzərdə tutulmuşdur. 

 

Əldə olunacaq nəticələr: Bu kursun sonunda iştirakçılar aşağıdakı bacarıqlara nail olacaqlar:

  • Mühafizə xidmətinin fərdi və korporativ vəzifələrini və öhdəliklərini anlamaq

  • Obyektlərin, binaların, ofislərin və digər ərazilərin mühafizəsi üsullarını anlamaq

  • Şirkətin təhlükəsizlik siyasətini və prosedurlarını anlamaq

  • Keçidə nəzarət, CCTV, təxliyə, patrul keşiyi, şəxsin üstünün axtarışı, yanğın söndürmə, ilk yardım və sair xüsusi mühafizə tədbirlərinin effektiv tətbiqi

  • Təhlükəsizliklə bağlı riskləri analiz etməyi və qiymətləndirməyi bacarmaq, düzgün mühafizə üsullarını seçmək

 

Mövzular: 

  • Giriş / Tanışlıq

  • Fövqəladə Hallar zamanı tədbirlər - Təxliyyə

  • Mühafizə fəaliyyəti haqqında qanunvericilik və tələblər

  • Təhlükələr

  • Özəl mühafizə xidmətinin əsasları

  • Özəl mühafizə xidmətinin əsas funksiyası

  • Özəl mühafizə xidmətinin növləri

  • Mühafizə xidmətinin əsas prinsipləri

  • Mühafizəçiyə olan tələblər (mühafizə xidməti əməkdaşının şəxsi keyfiyyətləri)

  • Mühafizə xidməti əməkdaşının (Mühafizəçinin) rolu, hüquq və vəzifələri

  • Təhlükəsizlik xidməti əməkdaşının vəzifə təlimatı

  • Mühafizə xidməti əməkdaşının davranış kodeksi və nizam-intizam qaydaları

  • Oğurluq, vandalizm, təxribat hallarının qarşısının alınması

  • Obyektdaxili rejim və buraxılış sistemi haqqında

  • Təhlükəsizlik Sistemi

  • Keçidə nəzarət

  • Patrul keşiyi

  • Şübhəli əşyaların aşkar edilməsi

  • Bomba və ya  şübhəli maddə (əşya) aşkarlandıqda davranış qaydaları 

  • Evakuasiya / Təxliyyə 

  • Təhlükəli və partlayıcı maddələr 

  • Nəqliyyat vasitələrinin qeydiyyatı və buraxılışı

  • İnformasiya Təhlükəsizlyi

  • Yanğın təhlükəsizliyi (Yanğınla ilkin mübarizə)

  • İlk tibbi yardım 

  • Qiymətləndirmə (yazılı test və praktiki məşğələlərin qiymətləndirilməsi)

 

Təlimin müddəti: 3 gün (2 gün mühafizə xidməti ilə bağlı informasiya verilir, 1 gün ilk tibbi yardım və Yanğınla mübarizə/Yanğın təhlükəsizliyi ilə bağlı) 

Qrupda dinləyicilərin sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər

Təlimin keçirildiyi dil: Azərbaycan, Rus və İngilis dili

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara Sertifikat təqdim olunur.

Sertifikatın etibarlılıq müddəti: 3 il

SƏTƏM təlimləri