G&I Training Academy Əlavə Təhsil Mərkəzi Müəssisədə Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikasının təşkil edilməsinin əlasları mövzusunda təlim elan edir.
Təlimin məqsədi: Müəssisədə Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikasının təşkil edilməsi üzrə işlərin təşkilinin yerli qanunvericiliyin tələbləri əsasında necə aparılması haqqında məlumatlandırmaq.
Təlim kimlər üçün nəzərdə tutulub: İnsan Resursları üzrə mütəxəssislər, Əməyin Mühafizəsi işlərinin təşkili üzrə məsul şəxslər, SƏTƏM Mütəxəssisləri, SƏTƏM Təlimçiləri, İşə götürənlər və bu sahədə biliklərə sahib olmaq istəyən hər kəs.
Təlim kursunu bitirdikdən sonra Müəssisədə Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə işlərin təşkilini yerli qanunvericilik əsasında necə aparılmasının öyrənəcəksiniz.
İştirakçılara Əməyin mühafizəsi norma və qaydalarını Azərbaycan Respublikası Əmək Məcəlləsi çərçivəsində, Nazirlər Kabinetinin qəbul etdiyi Qərarlar, müvafiq icra hakimiyyəti orqanlarının təsdiqlədiyi Qaydalar, Təlimatlar, digər normativlər və standartlar haqqında məlumat veriləcək.
Mövzular:
Giriş
Əmək hüququnun əsas müddəaları
Əməyin mühafizəsi hüquqi əsasları
Əmək Məcəlləsi
Müəssisədə əməyin mühafizəsinə dair işin təşkili
Təhlükəli və zərərli istehsalat amilləri və onlardan müdafiə tədbirləri
İstehsalatada bədbəxt hadisələrin və peşə xəstəliyinin rəsmiləşdirilməsi və qeydiyyat qaydaları
Təlimin qiymətləndirilməsi
Təlimin təqdimatı bu sahədə təcrübəli mütəxəssis Aqil Allahverdiyev tərəfindən həyata keçirilir.
Təlim müddəti: 1 gün
Təlimin keçirildiyi dil: Azərbaycan
Təlimdə iştirak edənlərə SERTİFİKAT təqdim olunur.