SƏTƏM təlimləri

İş yerində Təhlükəsizliyin təmin olunması yüksək mədəniyyətdən xəbər verir.

image not found!

Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları

G&I Training Academy Əlavə Təhsil Mərkəzi yerli (FHN təsdiqli) və Beynəlxalq Standartlara uyğun olaraq hazırlanmış Hündürlükdə iş təlim kursunu təklif edir. 

 

Hündürlükdə görülən işlər zamanı texniki təhlükəsizlik Qaydaları üzrə Təlim kursunun Tədris Metodikası "Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi" tərəfindən razılaşdırılmışdır.

 

Təlimin məqsədi: 

  • Qanunvercilik haqqında məlumatın verimləsi  - “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın tələbləri. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin № 20/01-005 24 oktyabr 2016-cı il Qərarı.

  • Hündürlükdə işləyən işçilərə işlərin təhlükəsiz yerinə yetirilməsinin metod və üsullarının öyrədilməsi;

  • Hündürlükdə işlərlə bağlı risklər, təhlükələr haqqında məlumatın verilməsi;

  • Hündürlükdə işlərlə bağlı yarana biləcək təhlükələrin azaldılması, qabaqlayıcı (önləyici) tədbirlərin görülməsi və nəzarət edilməsi metodlarının izah edilməsi;

  • Hündürlükdə işləri icra edən işçilərin təhlükəsizliyini təmin etmək üçün lazım olan minimum tələblərin izah olunması;

  • Hündürlükdə işləyən personalın təhlükəli davranışlarının qarşısının alınması. 

  • Hündürlükdə işləyən personalın Fərdi Mühafizə Vasitələrinin (qoruyucu avadanlıqların) düzgün seçilməsi və istifadə qaydalarının örədilməsi;

  • Qəza vəziyyətləri yaranarkən və xilasetmə işlərinin həyata keçirilməsi zamanı işçilərin təxliyyəsi və xilas edilməsi üzrə tədbirlər haqqında məlumatın verilməsi;

 

Təlim kimlər üçün nəzərdə tutulub: Hündürlükdə işləri həyata keçirən bütün işçi heyəti üçün nəzərdə tutulmuşdur. 

  

Mövzular: 

  • Giriş

  • Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları

  • Hündürlükdə işləyən işçilərə dair tələblər

  • Hündürlükdə olan təhlükələr və onlara qarşı nəzarət tədbirləri

  • Hündürlükdə işlərin təhlükəsizliyinin təmin edilməsi

  • Hündürlükdə işlərin təhlükəsizliyini təmin edən sistemlərin tətbiqinə dair tələblər

  • Hündürlükdə iş zamanı Fərdi Mühavizə Vasitələrinin təhlükəsiz istifadəsi

  • Nərdivanların, meydançaların və pilləkənlərin tətbiqi zamanı təhlükəsizlik tələbləri

  • Düşən əşyalar və onların qarşısının alınması

  • Taxtabəndlərdən (ayaqaltılardan) və Nərdivanlardan təhlükəsiz istifadə qaydaları

  • İş platformaları (Mobil qaldırıcı və qayçı qaldırıcılarda iş)

  • Hündürlükdə iş ilə bağlı baş verən fövqəladə hallar zamanı cavab tədbirləri

  • Hündürlükdə xilasetmə (təxliyyə) planı

  • Dinləyicilərin biliklərinin qiymətləndirilməsi (nəzəri və praktiki)

 

Təlim müddəti: 2 gün (nəzəri və praktik hissə)

Lazım olan iştirakçı sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər

Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis, Rus və Türk dili

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat və vəsiqə təqdim olunur. 

SƏTƏM təlimləri