SƏTƏM təlimləri

İş yerində Təhlükəsizliyin təmin olunması yüksək mədəniyyətdən xəbər verir.

image not found!

Hündürlükdə işlərin təhlükəsizliyi üzrə qrup təlimləri

G&I Training Academy  Əlavə Təhsil Mərkəzi Hündürlükdə işlərin təhlükəsizliyi üzrə qrup təlimləri elan edir. 

 

Hündürlükdə görülən işlər zamanı texniki təhlükəsizlik Qaydalarıüzrə Təlim kursunun Tədris Metodikası "Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi" tərəfindən razılaşdırılmışdır.

 

Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları-nın tələblərinə görə işçilər hündürlükdə işlərin təhlükəsizliyi üzrə aşağıdakı 3 qrupa bölünürlər:

  • 1-ci qrup - briqada tərkibində və ya işəgötürənin əmri ilə təyin olunmuş işçinin bilavasitə nəzarəti altında işlərə buraxılan işçilər;

  • 2-ci qrup – ustalar, briqadirlər, staj rəhbərləri, eləcə də məsul iş icraçıları tərəfindən naryad-buraxılış üzrə təyin olunan işçilər;

  • 3-cü qrup – işəgötürən tərəfindən təyin olunan, hündürlükdə işlərin təhlükəsiz təşkilinə və yerinə yetirilməsinə, eləcə də təlimatların keçirilməsinə, təxliyyə planı tərtib edilməsinə cavabdeh işçilər, fərdi mühafizə vasitələrinə xidmət göstərən və vaxtaşırı baxış keçirən işçilər, naryad-buraxılış verən işçilər, hündürlükdə naryad-buraxılış əsasında yerinə yetirilən işlərə cavabdeh rəhbərlər; hündürlükdə işlərin icrası planınını (bundan sonra – icra planı) təsdiq etmək səlahiyyətinə malik vəzifəli şəxslər. 3-cü qrup işçilərə həmçinin, hündürlükdə işlərin öyrədilməsini həyata keçirən mütəxəssislər, eləcə işlərin təhlükəsiz metod və üsullarla yerinə yetirilməsi təlimlərini həyata keçirən təşkilatların attestasiya komissiyalarının üzvləri və işəgötürənlər aiddir.

1-ci və 2-ci qrup işçilərə hündürlükdə işlərin təhlükəsiz metod və üsullarının dövri olaraq öyrədilməsi ildə bir dəfədən, 3-cü qrup işçilərə isə 3 ildə bir dəfədən az olmayaraq həyata keçirilir.

 

Təlimin məqsədi: 

  • Hündürlükdə işləyən işçilərə işlərin təhlükəsiz yerinə yetirilməsinin metod və üsullarının öyrədilməsi;

  • “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın tələbləri (Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyesteri, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin № 20/01-005 24 oktyabr 2016-cı il Qərarı) barədə məlumatlandırma.

 

Təlim kimlər üçün nəzərdə tutulub: Hündürlükdə işləri həyata keçirən bütün işçi heyəti üçün nəzərdə tutulmuşdur. 

  

Mövzular: 

  • Giriş

  • Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları

  • Hündürlükdə işləyən işçilərə dair tələblər

  • Hündürlükdə olan təhlükələr və onlara qarşı nəzarət tədbirləri

  • Hündürlükdə işlərin təhlükəsizliyinin təmin edilməsi

  • Hündürlükdə işlərin təhlükəsizliyini təmin edən sistemlərin tətbiqinə dair tələblər

  • Hündürlükdə iş zamanı Fərdi Mühavizə Vasitələrinin təhlükəsiz istifadəsi

  • Nərdivanların, meydançaların və pilləkənlərin tətbiqi zamanı təhlükəsizlik tələbləri

  • Düşən əşyalar və onların qarşısının alınması

  • Taxtabəndlərdən (ayaqaltılardan) və Nərdivanlardan təhlükəsiz istifadə qaydaları

  • İş platformaları (Mobil qaldırıcı və qayçı qaldırıcılarda iş)

  • Hündürlükdə iş ilə bağlı baş verən fövqəladə hallar zamanı cavab tədbirləri

  • Hündürlükdə xilasetmə (təxliyyə) planı

  • Təlimin yekunlaşdırılması və biliklərin qiymətləndirilməsi (nəzəri və praktiki)

 

Təlim müddəti: 1-ci qrup işçilər üçün  - 2 gün (nəzəri və praktik hissə)

Təlim müddəti: 2-ci qrup işçilər üçün  - 3 gün (nəzəri və praktik hissə)

Lazım olan iştirakçı sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər

Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis, Rus və Türk dili

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat və vəsiqə təqdim olunur. 

SƏTƏM təlimləri