SƏTƏM təlimləri

İş yerində Təhlükəsizliyin təmin olunması yüksək mədəniyyətdən xəbər verir.

image not found!

Elektrik təhlükəsizliyi üzrə ixtisas qrupu

G&I Training Academy Əlavə Təhsil Mərkəzi Elektrotexniki (elektrotexnoloji) heyətin elektrik təhlükəsizliyinə görə ixtisas qruplarının hazırlanması təmin edir. 

 

Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası-nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Elektrotexniki (elektrotexnoloji) heyətin elektrik təhlükəsizliyinə görə ixtisas qrupunun olması zəruri hesab edilir. 

Həmin qaydaların Elektrotexniki heyətə dair tələblər göstərilir. 

Elektrik cərəyanı vurma təhlükəsi yaranan işləri yerinə yetirən qeyri-elektrotexniki heyətə elektrik təhlükəsizliyi üzrə Ι qrup verilir. İstehsalat fəaliyyətinə aid elektrik təhlükəsizliyi tələblərini mənimsəyən heyətə, təyin olunmuş formalı jurnalda rəsmiləşdirməklə, Ι qrup verilir; vəsiqə verilmir.

Ι qrup verilməsi şifahi sual-cavab formasında (lazım olarsa) biliyinin yoxlanılması və işlərin təhlükəsiz üsulları və ya elektrik cərəyanı vurduqda ilkin yardım göstərmə vərdişlərinin mənimsənilməsinin yoxlanılması ilə bitən, təlimatlandırma aparmaq yolu ilə icra olunur. Elektrik təhlükəsizliyi üzrə Ι qrup verilməsini həmin müəssisənin elektrotexniki heyətindən elektrik təhlükəsizliyi üzrə ΙΙΙ-dən aşağı olmayan qrupa malik işçi icra edir.

Gərginliyi 1000 V-dan yuxarı elektrik qurğularında işlərə məsul rəhbər V qrupa malik inzibati-texniki heyətdən işçilər təyin olunur. 

Gərginliyi 1000 V-dək olan elektrik qurğularında isə IV qrupa malik inzibati-texniki heyətdən işçilər təyin olunur. 1000 V-dan yuxarı gərginlikli elektrik qurğularında işəburaxan IV qrupa malik olmalıdır.

Gərginliyi 1000 V-dək gərginlikli elektrik qurğularında isə III qrupa malik olmalıdır.

Elektrik qurğularının quraşdırılması qaydaları, texniki istismar qaydaları və digər normativ-texniki sənədlər üzrə biliyin yoxlanılmasının nəticələri üzrə elektrotexniki (elektrotexnoloji) heyətə elektrik təhlükəsizliyi üzrə qrup təyin olunur.

 

Elektrotexniki (elektrotexnoloji) heyətin elektrik təhlükəsizliyinə görə qrupları və onların təhkim olunma şərtləri:

 

Elektrik təhlükəsizliyinə görə II qrup 

Heyətə görə tələblər: 

  • Elektrik qurğusu və onun avadanlığı barədə elementar texniki biliklər.

  • Elektrik cərəyanının təhlükəsi, cərəyanötürücü hissələrə yaxınlaşmanın təhlükəsi barədə aşkar anlayışlar.

  • Elektrik qurğularında iş zamanı əsas ehtiyat tədbirləri barədə biliklər.

  • Zərər çəkənlərə ilk yardımın göstərilmə təcrübəsi.

 

Elektrik təhlükəsizliyinə görə III qrup: 

Heyətə görə tələblər: 

  • Ümumi elektrotexnikadan elementar anlayışlar.

  • Elektrik qurğusu və onun texniki xidmətinə aid biliklər.

  • Ümumi təhlükəsizlik texnikası qaydalarına aid biliklər, o cümlədən işə buraxılma qaydaları, mühafizə vasitələrinin istifadəsi və sınaq qaydaları, görülən işlərlə bağlı xüsusi tələblərə aid biliklər.

  • İşlərin təhlükəsiz aparılması və elektrik qurğusunda işləyənlərə nəzarəti təmin etmə bacarığı.

  • Elektrik cərəyanının təsirindən zərər çəkmişlərin azad olunması qaydaları, ilk tibbi yardım qaydaları və təcrübədə onun göstərilməsinə aid biliklər.

 

Elektrik təhlükəsizliyinə görə IV qrup: 

Heyətə görə tələblər: 

  • Elektrotexnika fənninə aid xüsusi peşə-texniki məktəbi həcmində biliklər.

  • Elektrik qurğularında işlərin təhlükəliliyi barədə tam təsəvvür.

  • Hazırkı Qaydaya, elektrik avadanlığının texniki istismar qaydalarına, mühafizə vasitələrinin istifadəsi və sınağı qaydalarına, elektrik qurğularının quraşdırılması və yanğın təhlükəsizliyi qaydalarına aid tutduğu vəzifə həcmində biliklər.

  • Xidmət olunan sahənin elektrik qurğuları və avadanlığının birləşmə sxeminə, işlərin təhlükəsizliyini təmin edən texniki tədbirlərə aid biliklər.

  • İşlərin təhlükəsiz aparılmasını, briqada üzvlərinin təlimatlandırılmasını və onlara nəzarəti təmin etmə bacarığı.

  • Zərərçəkənlərin elektrik cərəyanının təsirindən azad olunması qaydalarına, ilk tibbi yardımın göstərilməsinə və təcrübədə yardımın göstərilməsinə aid biliklər.

  • İşçi heyətə təhlükəsizlik texnikası qaydalarının, təcrübədə ilk tibbi yardımın göstərilməsinin öyrədilməsi bacarığı.

 

Elektrik təhlükəsizliyinə görə V qrup: 

Heyətə görə tələblər: 

  • Elektrik qurğularının birləşmə sxemlərinin, istehsalatın texnoloji prosesi ilə bağlı avadanlığın yerləşdirilməsinə aid biliklər

  • Hazırkı Qaydaya, mühafizə vasitələrinin istifadəsinə və sınağına aid biliklər və hər hansı tələbin nədən yaranması barədə tam təsəvvür.

  • Elektrik qurğularının texniki istismarı, quraşdırılması və yanğın təhlükəsizliyi qaydalarına aid tutduğu vəzifə həcmində biliklər.

  • İstənilən gərginlikli elektrik qurğularında işlərin təhlükəsiz təşkili və bilavasitə idarə etmə bacarığı.

  • İşçilərin təlimatlandırılması zamanı təhlükəsizlik tələblərini aşkar qeyd və izah etmək bacarığı.

  • İşçi heyətə təhlükəsizlik texnikası qaydalarının və təcrübədə ilk tibbi yardımın göstərilməsi bacarığı.

 

İşçini 1000V-dan aşağı gərginlikli qurğuya xidmətdən 1000V-dan yüksək gərginlikli qurğuya xidmətə keçirdikdə ona ilkin III qrupdan artıq qrup verilə bilməz. 

Elektrik qurğularına nəzarət edən səlahiyyətli nəzarət qurumunun nümayəndəsi, əmək mühafizəsi üzrə mütəxəssislər elektrotexniki (elektrotexnoloji) heyətə daxil deyil. Onlar müfəttişlik hüququna və IV qrupa malik olmalıdırlar. Tələb olunan ümumi istehsalat stajı (elektrik qurğularında işləməsi vacib deyil) 3 ildən az olmamalıdır.

Enerji nəzarəti üzrə müfəttişlər və elektrik təchizatı müəssisələrində əmək mühafizəsi üzrə mütəxəssislər V qrupa malik ola bilərlər.

 

 

Təlim müddəti: İxtisas qrupundan asılı olaraq dəyişir.

Qrupda dinləyicilərin sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər

Təlimin keçirildiyi dil: Azərbaycan, Rus və İngilis dili

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara SertifikatVƏSİQƏ təqdim olunur.

Sertifikatın etibarlılıq müddəti: 3 il

SƏTƏM təlimləri