G&I Training Academy Əlavə Təhsil Mərkəzi yerli və Beynəlxalq Qanunvericiliyin tələbi əsasında Elektrik Təhlükəsizliyi mövzusunda təlim təklif edir.
Təlimin məqsədi: Elektrik avadanlıqları ilə işləyən mütəxəssilərin elektrik qurğularının istismarında Texniki İstismar Qaydaları, Texniki Təhlükəsizlik Qaydaları və Yanğın Təhlükəsizliyi qaydaları üzrə bilik və bacarıqlarının artırılmasıdır.
Təlim kimlər üçün nəzərdə tutulub: Elektrik avadanlıqları ilə işləyən hər kəs üçündür.
Təlimdən əldə olunan bilgilər: Ümumi tələbləri, personala verilən tələbləri, operativ xidmət və işçilərin icrası haqqında tələbləri, təşkilati tədbirləri, texniki tədbirləri və digər müvafiq bilgiləri əhatə edir.
Kursun mövzuları:
Giriş / Təqdimetmə
İş yerində elektrikdən istifadə ilə əlaqədar risklər və təhlükələr
Elektrik cərəyanının insan orqanizminə təsiri
Nəzarət tədbirləri (əriyən qoruyucular, torpaqlama, təcridetmə, azaldılmış və aşağı gərginlik, ikiqat izolyasiya)
İnsаn bədəninin еlеktrik müqаviməti
İnsаnın еlеktrik cərəyаnı ilə zədələnməsinə təsir göstərən əsаs аmillər
Cərəyаnlа zədələnmənin əsаs səbəbləri
Еlеktrik cərəyаnı ilə zədələnmənin qаrşısını аlmаq üçün tətbiq оlunаn mühаfizə vаsitələri
Gərginliyi 1000 V və dаhа yüksək оlаn еlеktrik qurğulаrındа əsаs izоləеdici mühаfizə vаsitələri
Еlеktrik təhlükəsizliyi üzrə iхtisаs qrupları
Еlеktrik qurğulаrının istismаrındа təhlükəsizlik tехnikаsının ümumi qаydаlаrı
İşçi hеyətin hаzırlаnmаsı və öyrədilməsi
Sənаyе müəssisəsində еlеktrik təhlükəsizliyi üçün məsuliyyət
Еlеktrik mühərrikləri və əl еlеktrik mаşınlаrında təhlükəsizlik
Аkkumulyаtоr və qаynаq qurğulаrında iş zamanı təhlükəsizlik
İşıqlаndırmа qurğulаrının təhlükəsizliyi
Еlеktrik cərəyаnındаn zədələnmişlərə ilk yаrdım
Yüksəklikdə cərəyаndаn zədələnmiş аdаmın аzаd еdilməsi
Elektrotexniki qurğuların istismarı zamanı mümkün ola bilən təhlükəli istehsalat amilləri
İşə başlamazdan əvvəl və iş zamanı təhlükəsizlik tələbləri
Qəza vəziyyətində təhlükəsizlik tələbləri
İşin sonunda təhlükəsizlik tələbləri
Təlimçi | Mütəxəssis: 1000 V-adək və 1000 V-dan yuxarı olan elektrik qurğularının istismarında Texniki İstismar Qaydaları, Texniki Təhlükəsizlik Qaydaları və Yanğın Təhlükəsizlik Qaydalarına dair Dövlət tərəfindən verilmiş vəsiqəyə sahibdir. Həmçinin 1000 V-adək və 1000V-dan yuxarı olan elektrik qurğularında əməliyyatlar aparmaq, naryad və sərəncam vermək hüquna malikdir.
Təlim müddəti: 2 gün
Qrupda dinləyicilərin sayı: Minimum 5 nəfər – maksimum 10 nəfər
Təlimin keçirildiyi dil: Azərbaycan, Rus və İngilis dili
Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara Sertifikat təqdim olunur.
Sertifikatın etibarlılıq müddəti: 2 il