G&I Training Academy Əlavə Təhsil Mərkəzi Ətraf Mühitin Mühafizəsi və Ekologiya üzrə ixtisasartırma kursu təklif edir.
Kurs kimlər üçün nəzərdə tutulub: SƏTƏMM sahəsində, eyni zamanda ətraf mühitin mühafizəsi sahəsində işləyən, oxuyan və bu sahə ilə əlaqəli olan mühəndislər üçün nəzərdə tutulub. Kurs əlavə olaraq ətraf mühitə təsir edən bütün sahibkarlıq subyektləri üçün nəzərdə tutulmuşdur.
Mövzular:
Ətraf mühitin mühafizəsi barədə ümumi məlumatlandırma;
Ətraf Mühit mühafizəsinin əsas prinsipləri;
Ətraf mühitə təsirin qiymətləndirilməsi;
Ətraf mühit üzrə qanunvericilik, tələblər, normalar və normativ sənədlər;
Qanunvericilik tələbləri üzrə hesabatların hazırlanması
Ətraf mühitin mühafizəsi üzrə illik tədbirlər planının hazırlanması;
Ətraf mühitin mühafizəsi üzrə statistik hesabatların (2 TG) hazırlanması;
Tullantıların idarə olunması;
Atmosfer havasının qorunması, karbon ayaq izi, karbon vergisi;
Ekoloji monitorinqin aparılması;
Kimyəvi maddələrin idarə olunması;
Sızma və dağılmalara cavab tədbirləri;
Beynəlxalq Konvensiyalar, Standartlar və Ekvator Prinsipləri.
ISO 14001 Beynəlxalaq standartının tələbləri;
Kursun Təlim Tədris Metodikası "Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi" tərəfindən razılaşdırılmışdır.
G&I Training Academy Əlavə Təhsil Müəssisəsi olaraq “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi” və “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi”nin rəyi əsasında Əlavə Təhsil fəaliyyəti üzrə Lisenziya əldə etmişdir.
G&I Training Academy Əlavə Təhsil fəaliyyəti üzrə Lisenziyalaşdırılmış, fəaliyyətlərini Personalın Sertifikatlaşdırılması sahəsində ISO/IEC 17024:2014 Beynəlxalq standartı üzrə Akkreditasiya olunmuş Təhsil Mərkəzidir.
Kursun müddəti: 25 saat
Kursun keçirildiyi dil: Azərbaycan dili
Kursun müvəffəqiyyətlə keçmiş iştirakçılara Sertifikat təqdim olunur.