“G AND İ TRAINING ACADEMY” Personalın Sertifikatlaşdırılması Orqanı müxtəlif peşə və fəaliyyət istiqamətləri üzrə mütəxəssislərin, operatorların və digər müvafiq kadrların bilik və peşə səriştələrinin qiymətləndirilməsini və sertifikatlaşdırılmasını həyata keçirir.
Sertifikatlaşdırmanın əsas məqsədi şəxslərin müvafiq peşə istiqaməti üzrə bilik və bacarıqlarının, iş təcrübəsinin və peşə səriştələrinin müəyyən edilmiş tələblərə uyğunluğunu qiymətləndirməkdir. Sertifikatlaşdırma fəaliyyəti aşağıdakı sahələri əhatə edir:
1. SƏTƏM işinin təşkili və idarə olunması üzrə mütəxəssislər
Peşə Sağlamlığı, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi sahəsində fəaliyyət göstərən, müəssisələrdə SƏTƏM işinin təşkili və idarə olunmasını həyata keçirən mütəxəssislər üçün sertifikatlaşdırma.
Bu istiqamət üzrə namizədlərin SƏTƏM sahəsində bilik və peşə səriştələri, işin təşkili və idarə olunması üzrə hazırlıq səviyyəsi qiymətləndirilir.
2. Yükqaldırma əməliyyatları üzrə qaldırıcı qurğuların və avadanlıqların istismarı ilə əlaqəli kadrlar
Müxtəlif təyinatlı qaldırıcı qurğuların, avadanlıqların və sistemlərin istismarı ilə əlaqəli çalışan kadrların sertifikatlaşdırılması.
Bu sahəyə aşağıdakı peşə və vəzifələr daxildir:
Kran operatorları (maşinistləri);
Qaldırıcı qurğuların operatorları;
İşarəçi / İlməkçi /Takelajçı
Yükqaldırma əməliyyatları üzrə məsul (cavabdeh) şəxslər.
Qiymətləndirmə namizədlərin müvafiq qaldırıcı qurğuların və avadanlıqların istismarı üzrə bilik və peşə səriştələrinin müəyyən edilməsini əhatə edir.
3. Dəmirbənd (taxtabənd/scaffolding) quraşdırılması və sınağı və metal konstruksiyalar üzrə mütəxəssislər
Dəmirbənd (taxtabənd/scaffolding) sistemlərinin və metal konstruksiyaların quraşdırılması, eləcə də sınağı ilə əlaqəli fəaliyyət göstərən mütəxəssislərin sertifikatlaşdırılması.
Bu istiqamət üzrə namizədlərin müvafiq quraşdırma və sınaq işlərinin yerinə yetirilməsi ilə bağlı bilik və peşə səriştələri qiymətləndirilir.
4. Qaynaq işləri üzrə qaynaqçılar
Qaynaq işlərini həyata keçirən qaynaqçıların peşə səriştələrinin qiymətləndirilməsi və sertifikatlaşdırılması.
Bu istiqamət üzrə namizədlərin qaynaq işlərinin yerinə yetirilməsi sahəsində nəzəri bilikləri və praktiki bacarıqları müvafiq sertifikatlaşdırma tələbləri əsasında qiymətləndirilir.
5. Elektrik təsərrüfatı və elektrik sistemləri üzrə mütəxəssislər
Elektrik təsərrüfatı, aşağı və yüksək gərginlikli elektrik sistemləri üzrə işlərin yerinə yetirilməsi, elektrik avadanlıqlarının təmiri və xidməti ilə məşğul olan mütəxəssislərin sertifikatlaşdırılması.
Bu sahə aşağıdakı fəaliyyət istiqamətlərini əhatə edir:
Aşağı gərginlikli elektrik sistemləri üzrə işlərin yerinə yetirilməsi;
Yüksək gərginlikli elektrik sistemləri üzrə işlərin yerinə yetirilməsi;
Elektrik avadanlıqlarının təmiri;
Elektrik avadanlıqlarına texniki xidmət göstərilməsi.
Namizədlərin müvafiq elektrik işlərinin yerinə yetirilməsi üzrə bilik və peşə səriştələri qiymətləndirilir.
6. Mexaniki və avtomatik avadanlıqlar üzrə mütəxəssislər
Mexaniki və avtomatik avadanlıqlardan istifadə, onların quraşdırılması, təmiri və texniki xidməti ilə əlaqəli fəaliyyət göstərən mütəxəssislərin sertifikatlaşdırılması.
Bu istiqamət üzrə qiymətləndirmə aşağıdakı fəaliyyət sahələrini əhatə edir:
Mexaniki və avtomatik avadanlıqlardan istifadə;
Avadanlıqların quraşdırılması;
Avadanlıqların təmiri;
Avadanlıqlara texniki xidmət göstərilməsi.
Namizədlərin bu fəaliyyətlərin həyata keçirilməsi üzrə bilik və peşə səriştələri müvafiq sertifikatlaşdırma tələbləri əsasında qiymətləndirilir.
7. Qazanxana operatorları
Qazanxanaların istismarı ilə əlaqəli fəaliyyət göstərən operatorların sertifikatlaşdırılması.
Bu istiqamət üzrə namizədlərin qazanxana operatoru kimi fəaliyyət göstərmək üçün tələb olunan bilik və peşə səriştələri müvafiq sertifikatlaşdırma sxemində müəyyən edilmiş tələblərə uyğun qiymətləndirilir.
SERTİFİKATLAŞDIRMA HAQQINDA ƏTRAFLI MƏLUMAT
Hər bir sertifikatlaşdırma sahəsi üzrə namizədlərə qoyulan tələblər, ilkin şərtlər, qiymətləndirmə üsulları və sertifikatlaşdırma qaydaları müvafiq sertifikatlaşdırma sxemləri ilə müəyyən edilir.
Sertifikatlaşdırma namizədin müvafiq sahə üzrə müəyyən edilmiş tələblərə uyğunluğunun qiymətləndirilməsi əsasında həyata keçirilir. Sertifikatın verilməsi barədə qərar qiymətləndirmə nəticələrinə əsasən qəbul edilir.
Sertifikatlaşdırma sahələri, müraciət qaydaları, namizədlərə qoyulan tələblər və digər şərtlər barədə ətraflı məlumat almaq üçün bizimlə telefon və ya yazılı şəkildə əlaqə saxlaya bilərsiniz.
Bizimlə əlaqə:
Mobil: +994 55 687 80 35 (whatsapp)
Mobil: +994 51 886 60 99 (whatsapp)
Email: info@gitrainingacademy.az
İş saatları:
Bazar ertəsi - Cümə günü: 09:00 - 18:00
Şənbə günü: 10:00 - 14:00
Ünvan: SAT Plaza Biznes Mərkəzi, 9-cu mərtəbə. Bakı şəhəri, Bəşir Səfəroğlu küçəsi 133. Azərbaycan, AZ 1009. (Nizami Metro stansiyasına yaxın, Respublika şahmat Mərkəzinin (klubunun) arxası.)