SAĞLAMLIQ, ƏMƏYİN TƏHLÜKƏSİZLİYİ VƏ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ (SƏTƏM) SİYASƏTİ
G and İ Training Academy Əlavə Təhsil Mərkəzi üçün sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi bütün təlim, məsləhət və digər fəaliyyətlərimizin ayrılmaz hissəsidir.
Biz əməkdaşlarımız, təlimçilərimiz, təlim iştirakçılarımız, müştərilərimiz və fəaliyyətlərimizdən təsirlənə biləcək digər şəxslər üçün təhlükəsiz, sağlam və məsuliyyətli təlim mühiti yaratmağı öhdəmizə götürürük.
Bu öhdəlik həm G&I Training Academy-nin öz ərazisində, həm də müştərilərin obyektlərində, praktiki təlim sahələrində və digər təlim məkanlarında həyata keçirdiyimiz fəaliyyətlərə şamil olunur.
ƏSAS ÖHDƏLİKLƏRİMİZ
- Tətbiq olunan milli qanunvericiliyə, normativ tələblərə, müştəri qaydalarına və müvafiq beynəlxalq standartlara riayət edir;
- Təlim və məsləhət xidmətlərinin səriştəli və müvafiq kvalifikasiyaya malik mütəxəssislər tərəfindən həyata keçirilməsini təmin edir;
- Fəaliyyətlərə başlamazdan əvvəl təhlükələri müəyyən edir və risk qiymətləndirilməsi aparır;
- Praktiki təlimlərin, o cümlədən HSE, hündürlükdə iş, yükgötürmə, yanğın təhlükəsizliyi və digər təlimlərin nəzarət olunan və təhlükəsiz şəraitdə keçirilməsini təmin edir;
- Müştərinin ərazisində təlim keçirərkən həmin obyektin SƏTƏM qaydalarına, prosedurlarına və sahə üzrə təhlükəsizlik tələblərinə riayət edir;
- Təlimçilərin və əməkdaşların SƏTƏM üzrə bilik, bacarıq və məlumatlılığının davamlı inkişafını təmin edir;
- Hadisələrin, qəzaya yaxın halların və təhlükəli vəziyyətlərin bildirilməsini, araşdırılmasını və təkrarlanmasının qarşısının alınmasını təmin edir;
- Hər bir əməkdaşın və təlim iştirakçısının qəbuledilməz risk aşkar etdikdə fəaliyyəti dayandırmaq və məlumat vermək hüququnu və məsuliyyətini dəstəkləyir;
- Tullantıların azaldılması, resurslardan məsuliyyətli istifadə və çirklənmənin qarşısının alınması prinsiplərini tətbiq edir;
- SƏTƏM göstəricilərinin və təhlükəsizlik mədəniyyətinin davamlı olaraq yaxşılaşdırılmasını təmin edir.
TƏHLÜKƏSİZLİK MƏDƏNİYYƏTİ
Biz hesab edirik ki, təhlükəsizlik hamının birgə məsuliyyətidir. G&I Training Academy öz fəaliyyətində təlim proqramlarında təbliğ etdiyi SƏTƏM prinsiplərinə nümunə olmaqla, yüksək təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına sadiqdir.
Təlimləri harada keçirməyimizdən asılı olmayaraq, təhlükəsizlik bizim üçün hər zaman birinci yerdədir.
Gündüz Əliyev
Təsisçi / Direktor
G&I Training Academy Əlavə Təhsil Mərkəzi