Effektiv zaman idarəetməsi (Vaxtın idarə olunması) təlimi zaman idarəetməsini praktiki şəkildə öyrənmək istəyən, zaman idarəetməsi ilə bağlı çətinliklərlə qarşılaşaraq planlamada edilən səhvlər ucbatından hədəflərinə çata bilməyən hər kəs üçün faydalı təlim hesab edilir.
Təlimin məqsədi
Təlimin əsas məqsədi müasir təlim metodlarından isifadə etməklə zaman idarəetməsi texnikalarının praktiki olaraq nümayiş etdirilməsidir. Bu təlimi digərlərindən fərqləndirən əsas nüanslardan biri təlimin nəzəri biliklərlə yanaşı, iştirakçıların praktiki olaraq doğru zaman idarəedilməsi texnikalarından istifadə etməklə daha uğurlu olmasını göstərməkdən ibarətdir.
Kimlər iştirak edə bilər?
Zaman idarəedilməsini öyrənmək istəyən, eyni zamanda zamanını doğru planlaya bilməyən, zaman itkisi səbəbindən hədəflərinə çatmaqda çətinlik çəkən hər kəs bu təlimdə iştirak edə bilərlər.
Nələr əldə edəcəksiniz?
Zaman idarəetməsi ilə bağlı nəzəri biliklərlə yanaşı, praktiki olaraq real, tətbiq edilməsi mümkün olan üsullarla tanış olacaqınız.
Nəzəri biliklərinizi praktiki olaraq iş və ya şəxsi həyatınızda tətbiq etməyi öyrənəcəksiniz.
Təlimdə iştirakınızı təsdiq edən sertifikat əldə edəcəksiniz.
Effektiv zaman idarəetməsini və təsirli planlama bacarıqlarınızı təkmilləşdirəcəksiniz.
Mövzular:
Giriş
Zamanın önəmi
Zamanı təsirli və faydalı istifadə etməyin önəmi
Zamana effektiv istifadə etməyə təsir edən ünsürlər
Həll etmə yolları
Zaman tələləri
ZAMAN İTİRDƏN (TIME LOSSERS)
İclaslar
GARFİELD qaydaları
Təxirəsalma
Tələskənlik
Qrup işi
Stephen Covey matriksi
4D MODELİ - Eyzenhauerın Xəritəsi
Planlama
Təlimin qiymətləndirliməsi
Təlim müddəti: 1 gün
Təlimin keçirildiyi dil: Azərbaycan və İngilis dili
Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur.