Bu təlim iştirak etməklə, təşkilatınızdakı bir dəyişiklik təşəbbüsünün bütün mərhələlərini asanlaşdırmağa hazır olan etibarlı bir mənbə olmaq üçün lazımi vasitələr əldə edəcəksiniz. Tətbiq məşqləri, situasiya nümunələri və interaktiv proqram modulları vasitəsilə eksklüziv idarəetmə modellərinin əsas prinsiplərini və mərhələlərini aşkar edəcəksiniz.
Bu təlim sizə bu bacarıqalrı əldə etməyə kömək edəcək:
İnsanların fərqli münasibətini və hisslərini nəzərə alan dəyişikliyi idarə etmək üçün emosional olaraq ağıllı metodlar hazırlamağa
Dəyişikliklərə qarşı müqavimət və bunun ilə necə effektiv davranacağınızı anlamağa.
Dəyişməni effektiv idarə etmək üçün bir sıra strategiya və taktikaları öyrənməyə
Uğurlu dəyişikliklə nəticələnən güclü, resurs və bacarıqları müəyyənləşdirməyə
Təlim proqramı
Dəyişiklik nədir? - dəyişikliyin müxtəlif növlərini təhlil etmək: böhran, mürtəce, gözlənən və onların fərqli dinamikası.
Uğurlu dəyişiklik komponentlərinə giriş - dəyişikliyin nə ilə nəticələnəcəyini müəyyənləşdirin.
Nəticələri müəyyənləşdirmək - son məqsədlərinizi nə, necə və nə üçün olduğunu izah etmək.
Dəyişikliklərdə şəxsi təcrübə- şəxsi dəyişiklik təcrübənizi və dəyişikliklə necə idarə edirsiniz: uğurlu və uğursuz olan təcrübənizi bizimlə bölüşün.
Müsbət bir münasibətə sahib olmağın faydaları - dəyişikliyin faydalarını və təşkilata gətirəcəyi aşkar üstünlüklərə müəyyən etmək.
Dəyişikliklərə müxtəlif reaksiyalar və münasibətlər - Dəyişikliklərə olan müxtəlif münasibətlərə nəzər yetirmək – ilkin reaksiyalardan sonrakı münasibətlərə qədər qədər.
Dəyişiklikləri idarə etmək üçün strategiyalar - zamanla dəyişiklik prosesinin fərqli, qeyri-xətti dinamikasına təsir edən dəyişiklik strategiyaları yaradılması.
Güclü tərəfləri və faydalı resursları müəyyənləşdirmək - ətrafınızdakı kömək və resurslardan maksimum istifadə etməyi öyrənmək.
Dəyişikliklər yolu ilə işçi heyəti istiqamətləndirmək və həvəsləndirmək - başqalarını tətbiq olunan üsullarla dəyişikliyi müsbət kimi görməyə həvəsləndirmək
Dəyişiklik, NLP (Neuro-linqvistik proqramlaşdırma) və dərk etmə yanaşması üçün faydalı modellər - stres, düşüncə və duyğuların idarə edilməsi ilə uğurlu dəyişikliyə dəstək vermək.
Uğurlu dəyişikliyin planlaşdırılması - dəyişikliyin təşkilata inteqrasiyası üçün aradan qaldırılmalı olan bütün mümkün tələb və əngəlləri nəzərdən keçirmək.
Dəyişməni müvəffəqiyyətlə idarə etmək üçün tələb olunan bacarıqları inkişaf etdirmək – modellərdən və alətlərdən istifadə edərək dəyişikliyə səmərəli rəhbərlik etmək
Təkan yaratmaq və onu qorumaq - dəyişiklik üçün müsbət təkan yaradılması və dəstəklənməsi, dəyişikliyə hazır işçiləri inkişaf etdirmək üçün geniş dəstək şəbəkəsini yaratmaq və bacarıqlarını tətbiq edilməsi
Effektiv ünsiyyətin qurulması - anlaşılmazlığın qarşısını almaq və dəyişiklik prosesindəki hər kəsin öz rolunu başa düşməsini təmin etmək üçün ünsiyyət bacarıqlarınızı inkişaf etdirmək.
Təlim müddəti: 12 saat (2 gün)
Lazım olan iştirakçı sayı: Minimum 3 nəfər – maksimum 15 nəfər
Təlimin keçirildiyi dil: Azərbaycan və İngilis dili
Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur.