Bloq

image not found!

Əməyin Mühafizəsi üzrə standart, norma və qaydalar

Əməyin mühafizəsi normaları və qaydaları Azərbaycan Respublikasının Konstitusiyası, Əmək Məcəlləsi çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi Qərarlar, müvafiq icra hakimiyyəti orqanlarının təsdiqlədiyi Qaydalar, Təlimatlar, digər normativlər və standartlar, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir.

 

 22 noyabr 1998-ci il tarixində Beynəlxalq (Regional) və Dövlətlərarası Standartların, Normaların, Qaydaların və Tövsiyyələrin Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq edilməsi qaydaları Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmişdir.

 

16 fevral 2011-ci il tarixində  “Normativ hüquqi aktlar haqqında”Azərbaycan Respublikası Konstitusiya  Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır.

 

Azərbaycan Respublikasının əmək Məcəlləsinin əməyin Mühafizəsi bölməsinin otuz üçüncü fəslinin 207-ci maddəsinin 3-cü bəndində görə “əməyin mühafizəsi üzrə normativ-hüquqi aktların tələbləri, əməyin mühafizəsi normaları, standartları, qaydaları əmək münasibətləriniin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir”.

       

Bloq