Bloq

image not found!

Sağlamlıq və Əməyin Təhlükəsizliyi mədəniyyəti

Sağlamlıq və Əməyin Təhlükəsizliyi mədəniyyəti anlayışı və onun əhəmiyyəti.

Təhlükəsizlik Mədəniyyəti insanların sağlamlıq və əməyin təhlükəsizliyi haqqında düşünmə və qavrama, eləcə də bunu öz davranışlarında əks etdirmə tərzidir. Bu, sağlamlıq və əməyin təhlükəsizliyi ilə bağlı ümumi yanaşmalar, dəyərlər, əqidə və davranışlar kimi müəyyən oluna bilər.

Şirkət mədəniyyəti baş rəhbərlikdən tutmuş işçilərə qədər şirkətin bütün səviyyələrində mövcud olan səciyyəvi xüsusiyyətdir. Şirkətin mədəniyyətini bir nəfər yox, şirkətdə işləyən bütün işçilər birlikdə müəyyən edir.

Şirkətdə sağlamlıq və əməyin təhlükəsizliyi mədəniyyətinin pozulması ilə nəticələnə bilən faktorlara aşağıdakılar daxildir:

- Rəbərlikdə liderliyin olmaması;

- Günahlandırma ənənəsinin mövcud olması;

- Rəhbərlikdə təhlükəsizliyə məsul yanaşmanın olmaması (məsələn, bir şeyi deyib, fərqli bir şeyi etmək);

- Sağlamlıq və əməyin təhlükəsizliyinə digər məsələlərdən daha az üstünlüyün verilməsi;

- Struktur dəyişiklikləri (tez-tez və ya yanlış məlumat verilmiş dəyişiklik qeyri-müəyyənliklə nəticələnə bilər);

- İşçilərin tez-tez dəyişməsi hallarının yüksək olması;

- Resursların çatışmazlığı, məsələn, ixtisarlar səbəbindən az işçinin qalması;

- İşçilərlə məsləhətləşmələrin olmaması;

- İnsanlararası münasibətlər, məsələn, yoldaşların təzyiqi, xuliqanlıq və ya hədə-qorxu;

- Zəif idarəetmə sistemləri və prosedurları;

- Xarici təsirlər, məsələn, iş şərtlərinin çətinləşməsi ilə nəticələnən iqtisadi vəziyyət;

Şirkət ya müsbət (pozitiv), ya da mənfi (neqativ) təhlükəsizlik mədəniyyətinə malik ola bilər.

Müsbət Təhlükəsizlik mədəniyyətinə malik şirkətdə işçilərin əksəriyyəti sağlamlıq və əməyin təhlükəsizliyinin vacib olduğunu düşünür və dərk edir. Burada güclü bir siyasət və rəhbərliyin yuxarı pilləsindən tutmuş ən aşağı pilləsinə qədər aydın bir liderlik nümayiş olunur. Müsbət təhlükəsizlik mədəniyyəti yalnız işçilərin əməkdaşlığı və iştirakı olan şirkətdə yaradıla bilər.

Mənfi təhlükəsizlik mədəniyyətinə malik şirkətdə işçilərin əksəriyyəti sağlamlıq və təhlükəsizliyin vacib olmadığını düşünür və dərk edir; onlar sağlamlıq və əməyin təhlükəsizliyi haqqında məlumatlı deyillər, eləcə də ona lüzumsuz və ya əhəmiyyətsiz bir məsələ kimi baxırlar. Burada rəhbərlik tərəfindən düzgün istiqamətləndirmə və liderlik yoxdur. Mənfi mədəniyyətə malik şirkətlər daha zəif göstəricilər nümayiş etdirir.

Mənbə. ©NEBOSH

#nebosh #safety #safetyculture #HealthSafetyCulture #gigroup #sətəm #training #behaviour #PositiveCulture #NegativeCulture

Bloq