ƏMƏYİN TƏHLÜKƏSİZLİYİ və SAĞLAMLIQ üçün olan RİSKLƏR.
Spirtli içkilər hətta kiçik dozalarda belə hissləri zəiflədən və cavab reaksiyasının sürətini azaldan, asılılıq yaradıcı narkotik vasitədir. Bir çox ölkələrin sosial tarixi onun asanlıqla əldə edildiyini, istifadə və sui-istifadə olunduğunu göstərir.
Narkotik maddələrin və spirtli içkilərin təsirləri
Narkotik maddələr və spirtli içkilərdən sui-istifadənin dəqiq əlamətləri müxtəlif olur, lakin bir sıra ümumi əlamətlər müşahidə oluna bilər:
- Gecikmə halları.
- Artan davamiyyətsizlik.
- İşin keyfiyyətinin azalması.
- Məhsuldarlığın azalması.
- Qeyri-dürüstlük.
- Oğurluq halları
- Əsəbilik və ovqat dəyişkənliyi.
- İş münasibətlərinin korlanması.
Bunların hamısı, yüksək riski nəzərə almasaq, işəgötürən üçün xərclərə səbəb olacaqdır.
Narkotik maddələr və spirtli içkilər hissiyyatın zəifləməsinə, qavramanın təhrif olunmasına, hərəki pozğunluğa, bir çox hallarda isə yorğunluq və süstlüyə səbəb olur. Narkotik maddələr və spirtli içkilərlə təhlükəsizliklə bağlı aşkar risklər vardır, məsələn, nəqliyyat vasitələrinin və ya dəzgahların təsir altında idarə olunması istər işçilər, istərsə də digər şəxslər üçün riski artırır. İşçinin sağlamlığı üçün də risklər vardır, bunlar, adətən uzunmüddətli istifadə ilə əlaqəli olur (məs, spirtli içkilərin istifadəsi səbəbindən qaraciyər serrozu).
Riskə Nəzarət Tədbirləri
- İşəgötürən narkotik maddə və spirtli içkilər barədə aydın bir siyasət yaratmalıdır. Bu siyasətə aşağıdakılar daxil edilə bilər:
- İş yerində və iş vaxtı spirtli içkilərdən istifadə imkanını məhdudlaşdıran qaydalar.
- İşçilərin narkotik maddələr və spirtli içkilərin təsiri altında olmasını qadağan edən qanunla müəyyən olunmuş hüquqi tələblər.
- İşçilərin narkotik maddələr və spirtli içkilərin təsiri altında olmasını qadağan edən qanunla müəyyən olunmamış, lakin işəgötürən tərəfindən qoyulmuş tələblər.
- Narkotik maddələr və spirtli içkilər üzrə işçilərin keçiriləcəkləri hər hansı ixtiyari yoxlamaların təşkil olunması.
- İşçilər problemlərinin olmasını etiraf etdikləri təqdirdə, onların reabilitasiya və müalicə proqramlarından istifadəsinə imkan yaratmaq üçün tədbirlər.
- Yardımdan və yoxlamadan imtina edən, və ya yoxlamadan keçə bilməyən işçilər üçün inzibati cəza prosedurları.
- İşçilər, nəzarətçilər və müdirlər üçün məlumat və təlimatların verilməsi və təlimlərin keçilməsi. Narkotik maddələr və spirtli içkilər haqqında məlumatlandırma kampaniyaları da nəzərdə tutulmalıdır.
Narkotik maddələr və spirtli içkilərin istifadəsi ilə bağlı istənilən yoxlama siyasəti əsaslandırılaraq işçilərə aydın şəkildə izah olunmalıdır. Yoxlamanın keçirilmə üsulunun hüquqi və etik aspektləri də vardır ki, onlara da xüsusi diqqət yetirilməlidir.
Mənbə: #NEBOSH ©
#noAlcohol #safety #giTrainingAacdemy #noDrugsNo #noNarcotics #Drinkingprohibited #StopDrugs #setem #telim #training #tehluke #risk #nebosh