Bloq

image not found!

SƏTƏM İdarəetmə sisteminin elementləri

Siyasət – Təşkilatın bütün səviyyələrində, xüsusilə rəhbərlik səviyyəsində ilkin idarəetmə öhdəliyi kimi sağlamlıq və əməyin təhlükəsizliyi sistemini yaratmaq məqsədilə bariz bir bəyanat tərtib olunmalıdır.

 

Təşkiletmə – İxtisaslı işçilərin təyinatı da daxil olmaqla şirkətin  daxilində, rəhbərlikdən tutmuş istehsalat sahəsindəki işçilərə qədər sağlamlıq və əməyin təhlükəsziliyinin idarə olunması məqsədilə  vəzifə və öhdəliklərə dair struktur yaradılmalıdır.

 

Planlaşdırma və icraetmə – Sağlamlıq və əməyin təhlükəsizliyinin idarə olunması üçün əsaslı tədbirlər görülməlidir.   Bu ideyanın əsası riskin qiymətləndirilməsi və müəyyən edilməsi, eləcə də işin təhlükəsiz icra edilməsi və mühafizəedici  tədbirlərin görülməsi anlayışıdır.

 

Qiymətləndirmə – Görüləcək tədbirlərin effektivliyini yoxlamaq və nəzərdən keçirmək üçün metodlar düşünülüb hazırlanmalıdır. Bu,  reaktiv bir  şəkildə, yəni qəza və xəstəlik haqqında statistikanı və ya aktiv bir şəkildə, yoxlama hesabatlarını nəzərdən keçirməklə yerinə yetirilə  bilər.

 

Təkmilləşdirmə tədbiri – Yoxlama  prosesi zamanı müəyyən edilən hər hansı qüsur və çatışmazlıqlar siyasətə, struktura və təşkilati tədbirlərə edilən lazımi nizamlamalarla mümkün qədər tez bir zamanda aradan qaldırılmalıdır.

 

Audit – Bütün tərəflərin kifayət qədər yaxşı işlədiyini təmin etmək məqsədilə əməyin  təhlükəsizliyinə dair  idarəetmə sisteminin  müstəqil, sistematik və ciddi yoxlamadan keçməsi  üçün  tədbirlər görülməlidir.

 

Ardıcıl təkmilləşmələr – Buradakı məqsəd ondan ibarətdir ki, əməyin təhlükəsizliyinə dair idarəetmə sistemi durğun qalmamalı, şirkətə xidmət etmək və faydalı olmaq üçün vaxt keçdikcə daha da inkişaf etdirilməlidir.

 

SİYASƏT

Nə edəcəyinizi deyin – təşkilatın baş rəhbərliyi tərəfindən verilmiş, sağlamlıq və təhlükəsizlik qanuna riayət etmək, Sağlamlıq və təhlükəsizliyə dair etik və işlə bağlı məsuliyyətlərin yerinə yetiriləcəyinə dair öhdəlik bəyanatı.

 

PLANLAŞDIRMA

Nə edəcəyinizi planlaşdırın – müvafiq hüquqi və digər standartların müəyyən edilməsi ilə birgə təhlükələrin müəyyənləşdirilməsi, risklərin qiymətləndirilməsi və riskə nəzarət tədbirləri, fövqəladə hallar və bu hallarda hərəkət üçün hazırlıq planı.

 

TƏŞKİLATÇILIQ

İnsanları lazım olduqları yerə təyin etmək sağlamlıq və təhlükəsizlik sahəsində kimin nəyə cavabdeh olduğuna və hər kəsin məsul olduğu işi görmə qabiliyyətinin olduğuna təminat yaratmaq anlayışı.

 

İCRAAT və ƏMƏLİYYATLARIN HƏYATA KEÇİRİLMƏSİ

Dediklərinizi etmək – planların hazırlanması və risk qiymətləndirilməsindən təhlükəsiz iş sistemlərinə və auditlərədək bütün zəruri fəaliyyətlərdə iştirak etmək prosesi.

 

İŞ GÖSTƏRİCİLƏRİNİN ÖLÇÜLMƏSİ

İşləri nə dərəcədə yerinə yetirdiyinizi öyrənin-islahedici yanaşma tərzinə malik olan məlumatlardan (məsələ, xəsarət və xəstəliklər barədə məlumatlar) önləyici yanaşma tərzinə malik olan məlumatlaradək (inspeksiya və təlimlər kimi) Bu sizin tədbirlərinizin işə yararlı olub-olmadığının göstəricisini verəcək. Auditlər, sistemin btünlükdə işlək olub-olmadığına dair qərar verə bilməkdə sizə kömək edəcək. Siz zərurət halında düzəlişlər etməli olacaqsınız.

 

YENİDƏN GÖZDƏN KEÇİRMƏ VƏ DAVAMLI İNKİŞAF

Ümumiyyətlə, sistem işləyirmi və biz sistemi necə təkmilləşdirə bilərik? Sistemin ümumi dizayn və resurslarının ortaya qoyulan iş göstəriciləri ilə təhlükəsizlik risklərini, önləyici yanaşma tərzi nümayiş etdirərək idarə etmək üçün lazım olan öhdəlikləri göstəriri ki, qəza və xəstəlik hallarını azaltmaq və ya daha az resurslardan istifadə etməklə sistemin hədəflərinə çatılsın.

 

 

Bloq