Bloq

image not found!

Yanğın nəzarətçisinin öhdəlikləri

YANĞIN NƏZARƏTÇİSİNİN (Fire Warden) ROL VƏ VƏZİFƏLƏRİ ÜZRƏ ÜMUMİ MƏLUMAT

     Yanğın nəzarətçisinin ümumi vəzifə funksiyaları

Yanğının qarşısını almaq məqsədi ilə bütün işçilərə konsultasiya və məsləhətlər vermək üçün hər bir ərazi üzrə yanğın nəzarətçisi təyin olunmalıdır.

Gündəlik vəzifə öhdəlikləri:

  • Yanğınsöndürmə avadanlıqlarının lazımı yerlərdə və müvafiq şəkildə yerləşdirilməsini və kronşteyn üzərində (asılmış / keçirilmiş vəziyyətdə) olmasını yoxlamaq;
  • Təxliyə yollarında hər hansı maneənin olub olmadığını yoxlamaq;
  • Səliqə-səhmanı yoxlamaq;
  • Yuxarıdakı məsələlər ilə bağlı istənilən hadisə barədə sahə rəhbərliyinə (birbaşa tabe olduqları rəhbərliyə) və / yaxud kommunal xidmət işçilərinə məlumat vermək.

 

Yanğın nəzarətçisi nəyi bilməlidir?

Bütün yanğın nəzarətçiləri aşağıdakı məsələlər xüsusunda məlumatlı olmalıdırlar:

  • Yanğın siqnalizasiya düymələrinin yeri və iş prinsipi;
  • Yanğın siqnalizasiyası zamanı çıxış (təxliyə) yolları;
  • Təhkim olunduqları ərazidən insanları təxliyə etmək üçün təxliyə proseduru;
  • Müxtəlif odsöndürənlərin yeri və iş prinsipi;
  • Təxliyə üçün müəyyən edilmiş toplanma məntəqəsinin yeri;
  • Hər hansı təhlükəli material və onun təhlükəsiz şəkildə idarə olunması üçün xüsusi hazırlıq işləri barədə məlumatlılıq;
  • Yanğının qarşısını almaq üçün istənilən məsələ xüsusunda əlaqə saxlanılacaq birbaşa rəhbər funksiyası;
  • Yanğın nəzarətçiləri iş yerindən uzaqda olduqda, sahə rəhbərliyi (birbaşa tabe olduqları rəhbərlik) və digər yanğın nəzarətçiləri onlara qabaqcadan xəbər verməlidirlər;
  • Ərazidəki elektrik avadanlıqlarına uyğun izolyasiya (təcridetmə) tədbirləri.

 

Yanğın nəzarətçisi üçün fərdi tanışlıq / giriş təlimi

Supervayzer işçi heyətin yeni üzvlərini mümkün ən qısa vaxtda ərazinin yanğın nəzarətçisinə təqdim etməlidir.

Yanğın nəzarətçiləri bütün çıxış yollarını, təxliyə prosedurlarını, toplanma məntəqəsini, habelə bütün iş ərazisi üzrə quraşdırılmış odsöndürənlərin yeri, iş prinsipi və istifadə qaydasını izah etmək məqsədi ilə yeni işçilərlə görüşmək üçün münasib vaxt təyin etməlidirlər.

Həmçinin yanğın nəzarətçiləri işçi heyətin yeni üzvlərini aşağıdakı hallardan hər hansı birini məruzə etmək lazım olduğu barədə də təlimatlandırmalıdırlar:

  • Yaralanma (xəsarət), zərər vurulması və ya təhlükəli hallar;
  • Təxliyə yolundakı maneə(lər);
  • Natəmizlik (qeyri-münasib səliqə-sahman);
  • Odsöndürənlərdən yanlış istifadə;
  • Yanğın çıxışı qapılarının açıq vəziyyətdə qalması;
  • Hər hansı digər təhlükəli hərəkət və ya vəziyyətlər;
  • Təxliyə zamanı kömək göstərilməsini tələb edən əlillik (hərəkət qabiliyyətinin məhdudlaşması) və ya xəsarət halları.

 

Hərəkət qabiliyyəti məhdud olan şəxslərin təxliyəsi

Yanğın nəzarətçiləri əlaqədar şəxslər və ya əlillik (hərəkət qabiliyyətinin məhdudlaşması), yaxud fiziki əngəl nəticəsində ərazini tərk etmək iqtidarında olmayan hər hansı şəxsin birbaşa sahə rəhbəri (birbaşa tabe olduqları rəhbərlik) tərəfindən məlumatlandırılmalıdırlar.

Müvafiq ərazinin yanğın nəzarətçisinə bu barədə məlumat verildikdə, o, yaxınlıqda işləyən həmkarlarının həmin şəxsin təxliyəsinə kömək etmələri üçün tədbir görəcək. 

Əlil (məhdud hərəkət qabiliyyətli) və ya fiziki əngəli olan şəxsin təxliyəsinə kömək üçün cəlb olunan həmkarlar dedikdə, yanğın nəzarətçiləri, ilk tibbi yardım göstərən personal və ya fövqəladə hallar zamanı məsuliyyət daşıyan (buna görə də başqa işlə məşğul edilməli olmayan) əsas işçilər nəzərdə tutulmur.

Əlil (məhdud hərəkət qabiliyyətli) və ya fiziki əngəli olan şəxslər və onların təxliyəsinə kömək üçün cəlb olunan həmkarlar qorunan pilləkənə daxil olduqda bilməlidirlər ki, onlar “nisbətən təhlükəsiz” yerdədirlər və təxliyəni tələsmədən davam etdirərək, həmkarlarından kömək ala bilərlər.

Yanğın nəzarətçiləri ərazilərdə hərəkət qabiliyyəti daimi və ya müvəqqəti məhdudlaşmış istənilən şəxs(lər) barədə Şirkətin ümumi korporativ xidmət rəhbərinə məlumat verməlidirlər.

 

Texniki təhlükəsizlik yoxlamaları

Yanğın nəzarətçilərindən təhkim olunduqları ərazilərdə texniki təhlükəsizlik üzrə planlaşdırılmış əsas və əlavə nəzarət xarakterli yoxlamalarda iştirak etmək və öz təcrübələrinə istinadən, yanğın təhlükəsizliyi və təxliyə tədbirləri barədə konstruktiv şərhlər vermək tələb olunur.

 

Yanğın zamanı görüləcək tədbirlər

Yanğın nəzarətçiləri (yanğın siqnalizasiyası işə düşdükdə və lüzumsuz gecikmə olmadan, yaxud özlərini riskə atmadan) təhkim olunduqları ərazilərdə:

  • “Yanğın siqnalizasiyası zamanı görüləcək tədbirlər” proseduruna uyğun olaraq, bütün işçilərə ərazini tərk etmək barədə təlimat verəcəklər;
  • Əlil (məhdud hərəkət qabiliyyətli) və ya fiziki əngəli olan şəxslərin təxliyəsinə kömək göstərilməsini təmin edəcəklər;
  • Bütün qapı və pəncərələri bağlayacaqlar (əgər bunu təhlükəsiz şəkildə yerinə yetirmək üçün vaxt varsa);
  • Ayaqyolu və digər uzaq ərazilərə diqqət yetirməklə, hamının ərazini tərk etməsini  yoxlayacaqlar;
  • Hər mərtəbədəki yanğın nəzarətçiləri bütün ərazilərin operativ şəkildə təxliyəsini təmin etmək üçün əməkdaşlıq etməli və (imkan olarsa) mərtəbənin tam boşaldıldığı barədə razılığa gəlməlidirlər.
  • Onlar insanların hələ də qala biləcəyi istənilən ərazi barədə Yanğınsöndürmə xidmətinə və Şirkətin menecerinə məlumat verəcəklər.
  • Yanğın nəzarətçilərinin toplanma məntəqəsinə gedərək, toplanma məntəqəsindən dağılışma barədə təlimatlar üçün şirkət rəhbərliyi ilə əlaqə saxlayacaqlar.

 

       Yanğın nəzarətçisinin rolu

  • Yanğın nəzarətçisinin əsas rolu istənilən fövqəladə vəziyyət zamanı BÜTÜN işçilərin binadan təhlükəsiz şəkildə təxliyə edilməsini və binada HEÇ KİMİN qalmadığını təmin etməkdir.
  • Yanğın nəzarətçisinin əsas işi sahədəki bütün insanların təhlükəsizliyini təmin etməkdir.
  • Bununla yanaşı, yanğın nəzarətçilərinin qeyri-fövqəladə (adi) iş vaxtlarında gündəlik vəzifə öhdəlikləri də var.
  • Yanğın nəzarətçisi iş ərazisində təhlükəsizliyə, xüsusən də yanğın təhlükəsizliyinə nəzarət etmək kimi daha bir mühüm vəzifəyə malikdir.
  • Bu vəzifə təkcə fövqəladə hallar zamanı cavab tədbirləri ilə məhdudlaşmır.
  • Nəzarətçilər öz iş yerlərində potensial təhlükələrə qarşı müntəzəm yoxlamalar aparmalıdırlar.
  • Nəzarətçilər öz iş yerlərində baş verən və fövqəladə hallar zamanı təhlükəsizlik riski yaradan dəyişikliklərdən xəbərdar olmalıdırlar.

 

    Yanğın nəzarətçisinin seçilməsi

    Yanğın nəzarətçiləri aşağıdakı meyarlara uyğun olmalıdırlar:

  • Vəzifə funksiyalarını icra etmək üçün fiziki cəhətdən yararlı;
  • Liderlik keyfiyyətləri və əmr vermək səlahiyyəti;
  • Yetkin mühakimə yürütmə, yaxşı qərar qəbuletmə və gərgin şəraitdə təmkini qorumaq bacarıqları;
  • Gələcəkdə cavabdehlik sahələrini bilmək;
  • Öz vəzifələrini yerinə yetirmək üçün ərazidə olmaq;
  • Aydın tələffüz (diksiya) qabiliyyəti və yerli işçilər və qonaqlarla ünsiyyət qurmaq bacarığı.
  • Müvafiq təlimdə iştirak etmək niyyətində və iqtidarında olmaq.
  • Yanğın nəzarətçisi vəzifə öhdəliklərini əsasən bina / ərazi daxilində həyata keçirən şəxs olmalıdır.
  • İş vaxtının təxminən 80%-i təhkim olunduqları ərazidə keçməlidir.

Yanğın nəzarətçisinin rolu

  • Fövqəladə vəziyyəti aşkar etmək və həyəcan siqnalı vermək;
  • Əgər təxliyə ən təhlükəsiz variantdırsa, bu barədə qərar qəbul etmək;
  • İnsanlara binanı tərk edərək toplanma məntəqəsinə getmək üçün göstəriş vermək və köməklik etmək;
  • Binada heç kəsin qalmadığını yoxlamaq üçün axtarış aparmaq;
  • Bütün işçiləri saymaq;
  • Məntəqədə olmayan istənilən işçini məruzə etmək;
  • Yanğın xilasetmə briqadasının üzvləri ilə qarşılıqlı fəaliyyət göstərmək;
  • Çıxış yollarını və yanğınsöndürmə avadanlıqlarını müntəzəm olaraq yoxlamaq, yanğın təhlükəsizliyinə nəzarət etmək;
  • İş yerində istənilən potensial yanğın təhlükəsinə diqqət yönəltmək;
  • Fövqəladə vəziyyətdə köməklik göstərmək.

 

Yanğın nəzarətçisinin vəzifələri

  • Yanğın baş verdikdə, müvafiq və səmərəli tədbir görmək;
  • Çıxış yollarının tıxaclanmasına yol verməmək;
  • İş yerində potensial yanğın təhlükələrini müəyyən etmək;
  • Müşahidələrini qeydə almaq və məruzə etmək.

 

       Yanğın nəzarətçiləri işçi heyətin mühüm üzvləridir və aşağıdakıları bacarmalıdırlar: 

  • Yanğın baş verdikdə, müvafiq və səmərəli tədbir görmək;
  • Çıxış yollarının tıxanmasına yol verməmək; 
  • İş yerində potensial yanğın təhlükələrini müəyyən etmək;
  • Müşahidələri qeydə almaq və məruzə etmək;
  • Əlaqə saxlamaq.

 

Təşkilatın öhdəlikləri

Yanğın nəzarətçilərinin rollarını səmərəli şəkildə həyata keçirmək iqtidarında olmalarını təmin etmək üçün Təşkilat:

  • Yanğın nəzarətçilərini (adlarını qeyd etməklə) təyin etməli;
  • Hər nəzarətçinin cavabdeh olacağı obyekt ərazisini müəyyən etməli;
  • Nəzarətçinin vəzifələrini yazılı şəkildə təsbit etməli;
  • Nəzarətçilərin məruzələrinin tətbiq edilməsinə imkan verən prosedurlar hazırlamalı;
  • Nəzarətçilərə öz vəzifələrinə dair təlim keçməli;
  • İşçi heyət şirkəti tərk edəndə və ya şirkət daxilində başqa vəzifəyə keçiriləndə, iş prosesinin fasiləsizliyini təmin etməlidir.

 

 

Yanğın zamanı həyata keçiriləcək tədbirlər

  • Yanğın aşkar edildikdə, nəzarətçi:
  • Siqnalizasiyanın işə salınıb salınmadığını dəqiqləşdirməli;
  • İşçiləri binadan və ya olduqları ərazidən təxliyə  etməli;
  • Yanğının dəqiq yerini, ağırlıq dərəcəsini və (əgər məlumdursa) səbəbini məruzə etməli;
  • Yalnız təhlükəsiz olduqda, heç kəsi lüzumsuz riskə atmadan yanğını söndürməyə çalışmalı;
  • Hər kəsin binadan təxliyə edilməsini və ya ən yaxın toplanma məntəqəsinə daşınmasını təmin etməlidir.

 

Təxliyə proseduru

Təxliyə siqnalı verildikdə, yanğın nəzarətçiləri:

  • Bütün işçilərin (hətta şəxsi əşyaları götürmək üçün dayanmaq olmadan) binanı mümkün qədər tez tərk etmələrini təmin etməli;
  • Yanğına davamlı seyflərin bağlanması kimi istənilən mühüm yanğın təhlükəsizliyi tədbirlərinin operativ şəkildə həyata keçirilməsini təmin etməli;
  • İşçilərin bütün əraziləri, o cümlədən anbar və tualetləri tərk etdiklərindən əmin olmaq üçün metodik, operativ yoxlama keçirməli;
  • Əgər təhlükəli deyilsə, bütün pəncərə və qapıları bağlamalı, elektrik avadanlıqlarını və kondisionerləri şəbəkədən ayırmalı;
  • Yanğın / tüstü zamanı axtarışdan sonra qapıları bağlamalı;
  • Partlayıcı təhlükəsi zamanı / şübhəli əşya olduqda, qapıları açıq saxlamalı;
  • Toplanma məntəqəsinə getməli və bütün işçilərin orada olub olmadığını yoxlamalı;
  • Ərazi təhlükəsiz elan edilmədikcə, heç kimin yenidən binaya daxil olmamasını təmin etməlidir.

Bloq