SƏTƏM nədir?
Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi
Sağlamlıq (Health) – Peşə sağlamlığı iş yerlərində işçilərin sağlamlığının bütün aspektləri ilə məşğul olan, sağlamlığı gözləyən təhlükələrin aradan qaldırılmasına fokuslanan əsas tədbirlərin məcmusudur. Sağlamlıq xəstəliyin (və bu kimi halların) olmaması halıdır. Misal üçün: Azbest tozunun təsirinə məruz qalma nəticəsində sizin sağlamlığınızı xərçəng xəstəliyi riski gözləyir. Sağlamlıq ‒ xəstəliyin olmaması.
Əməyin mühafizəsi - işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə Əmək Məcəlləsində və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir.
Əməyin təhlükəsizliyi (Safety) - Əməyin mühafizəsi müvafiq qanunvericilik aktları və digər normativ aktlar əsasında fəaliyyət göstərən sosial-iqtisadi, təşkilati, texniki, sanitariya-gigiyena və müalicə-profilaktik tədbirlərin və vasitələrin elə bir sistemidir ki, əmək fəaliyyəti prosesində insanın təhlükəsizliyini, sağlamlığının və iş qabiliyyətinin qorunmasını təmin edir. Başqa sözlə, təhlükəsizlik – Şəxsi ciddi xəsarət alma riskinin olmamasıdır. Misal üçün: Yükqaldırma əməliyyatı zamanı yükün altında (atəş xəttində) dayanmaq sizin ciddi xəsarətinizə və ölümünüzə səbəb ola bilər.
Təhlükəsizlik ‒ ağır xəsarətalma riskinin olmaması.
Təhlükəsizlik texnikası - avtomatik nəzarət və tənzimləyici cihazlar, qoruyucu qurğular, müşahidə, xəbərvermə, rabitə vəsaitləri və təhlükəsizliyi təmin edən digər texniki tədbirlər kompleksi;
Ətraf Mühitin mühafizəsi (Environment) – ətraf mühitdə təbii mövcud olan maddi varlıqların ilkin kəmiyyət və keyfiyyətcə dəyişmələrə yol verilməməsi, qorunub saxlanmasıdır (Ətraf Mühitin Mühafizəsi haqqında Azərbaycan Respublikasının qanunu). Başqa sözlə, Əmək fəaliyyəti, iş prosesi və bu tip fəaliyyətlər zamanı ətraf mühitin (hava, su, torpaq, bitki, heyvanat aləmi) çirklənməsiə hallarına yol verilməməsi və ya çirklənmənin qarşısının alınmasıdır.