Yanğın Təhlükəsizliyinə cavabdeh şəxs | Yanğın Nəzarətçisi | Fire Warden & Watcher

image not found!

Yanğın Təhlükəsizliyinə cavabdeh şəxs | Yanğın Nəzarətçisi | Fire Warden & Watcher

Yanğın və partlayış həyat və tikililər üçün böyük təhlükə yaradır, lakin bir çox hallarda onun qarşısını almaq mümkündür və ya yanma nəzəriyyəsi və yanğının yayılma üsulları düzgün qiymətləndirilərsə ziyan azaldıla  bilər. Hər bir iş yerində Yanğınla bağlı mübarizə yolları haqqında məlumatlı olması riskləri azaltmış olar. Yanğınla ilkin mübarizə Yanğın Nəzaritçilərinin üzərinə düşən ən böyük öhdəliklərdən biridir.   

 

Təlimin məqsədi: Yanğınla mübarizəyə cəlb olunmuş Nəzaritçilərin bilik və bacarıqlarının artırılması.

 

Təlim kimlər üçün nəzərdə tutulub: Yanğın təhlükəsizliyinə cavabdeh şəxsin vəzifələrini icra etmək üçün seçilmiş şəxslər üçün nəzərdə tutulmuşdur.

 

Təlim kursunu bitirdikdən sonra aşağıdakıları öyrənəcəksiniz:

  • Qanunvericilik və Yanğın Riskinin qiymətləndirilməsini

  • Yanğın təhlükələri və İş yerində yaranan Təhlükələr

  • Yanma nəzəriyyəsinin əsas prinsipləri

  • Yanğın ehtiyat üsullarının müəyyən olunmasını

  • Yanğının təsnifatını 

  • Yanğın riskinin  azaltmaq üçün görülməli olunan əsas tədbirlər

  • Düzgün yanğınsöndürən balonların seçilməsi və istifadə qaydalarını

  • Yanğın Təxliyyə planlarına olan tələblər

  • Yanğın təhlükəsizliyi ilə bağlı öhdəliklərdən xəbərdar olmağı 

Öhdəliklər: təlimi bitirdikdən sonra tələbələr aşağıdakıları bacarmalıdırlar: 

  • Yanma Nəzəriyyəsinin başlıca prinsiplərini bilmək 

  • Müxtəlif cür yanğınsöndürmə qurğularını ayırd etmək və işlətmək

  • Yanğını müəyyən etməyin və onun qarşısını almağın başlıca prinsiplərini təyin etmək  

  • Personalı binadan çıxarmağı və zəruri yoxlamalar aparmağı bacarmalı

 

Mövzular: 

  • Giriş / Tanışlıq

  • Yanğının səbəbləri və nəticələri

  • Yanğın təhlükələri

  • Yanma nəzəriyyəsi / Yanğın üçbucağı

  • Yanğının / İstiliyin yayılma yolları

  • Yanğının növləri (təsnifatı/kateqoriyaları)

  • Yanğınsöndürmə (odsöndürmə) vasitələri 

  • Müxtəlif yanğınsöndürmə və yanğından mühafizə vasitələrinin növləri və istifadə qaydaları

  • Yanğına Qarşı Profilaktik Tədbirlər

  • Təxliyyə / Evakuasiya proseduru

  • Toplanma məntəqəsi

  • Çıxış yollarının yoxlanılması

  • Qəza yerindən çıxış yollarının yoxlanılması

  • Yanğın siqnalı sisteminin yoxlanılması

  • Yanğınsöndürmə vəsaitlərinin və avtomatik qurğuların yoxlanılması

  • Yanğın Nəzrətçisinin rolu

  • Yanğın Nəzrətçisinin vəzifələri

  • Fövqəladə Hallarda görülən tədbirlər

  • Qeydəalma və məruzəetmə (məlumatlandırma)

  • Yoxlama cədvəlləri

  • Yanğın təhlükəsizliyi üzrə Təlim-məşqlər

 

Təlim müddəti: 1 gün

Lazım olan iştirakçı sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər

Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis və Türk dili

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat təqdim olunur. 

Fövqəladə hallar zamanı Xilasetmə