Hündürlükdə iş zamanı Xilasetmə (təxliyyə) təlimi

image not found!

Hündürlükdə iş zamanı Xilasetmə (təxliyyə) təlimi

G&I Training Academy Əlavə Təhsil Mərkəzi Hündürlükdə iş zamanı Xilasetmə təlimi elan edir. 

 

"Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları"-nın tələbinə əsasən işəgötürən hündürlükdə işlərin yerinə yetirilməsi başlayana qədər bir neçə texniki-texnoloji və təşkilati tədbirlərin həyata keçirilməsini təşkil etməlidir: Bunlardan biri də qəza vəziyyətləri yaranarkən və xilasetmə işlərinin həyata keçirilməsi zamanı işçilərin təxliyyəsi və xilas edilməsi üzrə tədbirlər planının (bundan sonra - təxliyyə planı) tərtib edilməsi və cavabdeh işçilərin hazırlanmasıdır. 

 

Təlimin məqsədi: Hündürlükdə iş zamanı xilasetmə işlərinin həyata keçirilməsinə cavabdeh şəxslərin Hündürlükdə iş zamanı qəza vəziyyətində xilasetmə və təxliyyə yolları barəsində məlumatlandırmaq və bilik və bacarqılarının artırılmasıdır.

 

Təlim kimlər üçün nəzərdə tutulub: Hündürlükdə iş zamanı xilasetmə işlərinin həyata keçirilməsinə cavabdeh işçi heyəti üçün nəzərdə tutulmuşdur. 

  

Mövzular: 

  • Giriş

  • Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları

  • Hündürlükdə işləyən işçilərə dair tələblər

  • Hündürlükdə olan təhlükələr və onlara qarşı nəzarət tədbirləri

  • Hündürlükdə işlərin təhlükəsizliyinin təmin edilməsi

  • Hündürlükdə işlərin təhlükəsizliyini təmin edən sistemlərin tətbiqinə dair tələblər

  • Hündürlükdə iş zamanı Fərdi Mühavizə Vasitələrinin təhlükəsiz istifadəsi

  • Taxtabəndlərdən (ayaqaltılardan) və Nərdivanlardan təhlükəsiz istifadə qaydaları

  • İş platformaları (Mobil qaldırıcı platformalar)

  • Hündürlükdə xilasetmə (təxliyyə) planı

  • Hündürlükdə iş ilə bağlı baş verən fövqəladə hallar zamanı cavab tədbirləri

  • Sallanma Travmaları

  • Xilasetmə tədbirlərinin addımları

  • Xilasetmə

  • Xilasetmə avdanlıqları

  • Xilasetmə komandası 

  • Xilasetmə komandası rol və öhdəlikləri

  • Təlimin yekunlaşdırılması və biliklərin qiymətləndirilməsi (nəzəri və praktiki)

 

Təlim müddəti: 2 gün (nəzəri və praktik hissə)

Lazım olan iştirakçı sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər

Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis, Rus və Türk dili

Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara sertifikat və vəsiqə təqdim olunur. 

Fövqəladə hallar zamanı Xilasetmə