Qida təhlükəsizliyi səviyyə 1 - CIEH təsdiqli - Food safety Level 1

G&I Training Academy Böyük Britaniyanın Chartered Institute of Environmental Health (CIEH) təşkilatının rəsmi təsdiq olunmuş Lisenziyalı Təlim provayderi olaraq fəalliyyət göstərir.

image not found!

Qida təhlükəsizliyi səviyyə 1 - CIEH təsdiqli - Food safety Level 1

Qida təhlükəsizliyi - Introductory Certificate in Food Safety (Level 1)

 

Qidanın təqdim olunduğu hər yerdə onun hazırlanması, istifadəsi, saxlanılması və insanlara təklif olunması üzrə yüksək standartların nümayiş etdirilməsi çox vacibdir.
Qida təhlükəsizliyi üzrə Səviyyə 1 kursu bu sahəyə yeni başlayan şəxslər üçün olduqca yaxşı bir yoldur.

 

Kurs kimlər üçündür?

  • Qida təhlükəsizliyində yeni olan hər kəs üçün

  • Xüsusilə məktəb, universitetlərdə istifadəsi üzrə ideal bir kursdur

  • Aşağı riskli iş mühitində çalışan işçilər üçün

  • İşdə və evdə qidanın hazırlanmasına cəlb olunan hər kəs üçün

 

Kursun modulları:

Modul 1: Qida təhlükəsizliyinə giriş

  • Qida təhlükəsizliyi ilə bağlı əsas terminlər

  • Yaxşı və zəif qida təhlükəsizliyi standartlarının nəticələri

  • Qida təhlükəsizliyi üzrə hüquqi öhdəliklər

  • Qida təhlükəsizliyi təliminin önəmi

 

Modul 2: Qida sahəsində təhlükələr

  • Qida üzrə müxtəlif təhlükələrin müəyyən olunması

  • Bakteriaların qida sənayesində yaratdığı problemlər

  • Bakteriaların çoxlaması üçün şəraitlər

  • Hansı viruslar var və onlar bakterialardan nə ilə fərqlənir

  • “Cross contamination / çirklənmə” nədir və qarşısı alınma yolları

  • Qida üzrə zəhərlənmələrin simptomları və daha çox risk altında olan insanlar

  • Qida ilə məşğul olan işçilərin qida allergiyalarının qarşısının alınmasındakı rolu və vəzifələri

 

Modul 3: Qida təhlükəsizliyi üzrə yaxşı praktika

  • Bakteriaların ölməsi və ya çoxalmasının azaldılması üçün tələb olunan temperature

  • Yaxşı şəxsi gigiyenanın qida çirklənməsinin azaldılmasındakı rolu

  • Qida sahələrində həşəratlara (heyvanlara) nəzarət olunması

  • Qidanın çatdırılması, saxlanılması üzrə prosedurlar.

 

Kursun müddəti: 8 saat (1 gün)

Kursun qiymətləndirilməsi: CIEH tərəfindən hazrlanmış 10 sualdan ibarət test əsaslı nəzəri qiymətləndirmə

Kursu uğurla bitirən iştirakçılara CIEH Introductory Certificate in Food Safety (Level 1) üzrə sertifikat təqdim olunur.

Qida Təhlükəsizliyi