Qida təhlükəsizliyi səviyyə 2 - CIEH təsdiqli - Food safety Level 2
Qidanın təqdim olunduğu hər yerdə onun hazırlanması, istifadəsi, saxlanılması və insanlara təklif olunması üzrə yüksək standartların nümayiş etdirilməsi çox vacibdir.
Qida təhlükəsizliyi üzrə Səviyyə 2 kursu qida sənayesində çalışan hər kəs üçün nəzərdə tutulmuşdur. Bu kursu bitirdikdən sonra siz istehlak üçün təhlükəsiz qidanın hazırlanması üzrə tələblərə yiyələnəcəksiniz.
Kurs kimlər üçündür?
Qida ilə məşğul olan, onu hazırlayan, onu bişirən hər kəs üçün
Əvvəlki bilik və bacarıqlarını yeniləmək istəyən şəxslər üçün
Şirkətlər üçün: hansı ki, onların qida ilə məşğul olan işçiləri var
Kursun modulları:
Modul 1: Qida təhlükəsizliyinə giriş
Qida təhlükəsizliyi ilə bağlı əsas terminlər
Qida təhlükəsizliyinin önəminin qavranılması
Qida zəhərlənməsi ilə bağlı ən çox risk altında olan şəxslərin müəyyən olunması
Qida ilə məşğul olan şirkətlərə / bizneslərə qanunvericiliyin tələbləri
Qida təhlükəsizliyi təliminin vacibliyi
Modul 2: Qida sahəsində təhlükələr
Qida üzrə müxtəlif təhlükələrin müəyyən olunması
Bakterial çirklənmənin müəyyən olunması
Bakteriaların çoxlaması üçün şəraitlər
Hansı qidaların digərlərinə nisbətən daha çox risk yaratması
Viruslar nədir və onlar bakteriadan necə fərqlənir
“Cross contamination / çirklənmə” nədir və qarşısı alınma yolları
Qida zəhərlənmələri xəstəliklərinin mənbələri və simptomları
Qida ilə məşğul olan işçilərin qida allergiyalarının qarşısının alınmasındakı rolu və vəzifələri
Fiziki çirklənmənin qida təhlükəsizliyindəki rolu və müvafiq nəzarət tədbirləri
Kimyəvi çirklənmənin qida təhlükəsizliyindəki rolu və müvafiq nəzarət tədbirləri
Qida çirklənməsinin səbəbləri və nişanları, onlara qarşı tədbirlər
Modul 3: Qida təhlükəsizliyi üzrə yaxşı praktika
Qida hazırlanması və saxlanması prosesində temperature nəzarət olunmasının vacibliyi və metodları
Yüksək səviyyədə şəxsi gigiyenanın qorunub saxlanılmasının vacibliyi və proseduru
İş yerinin təmiz, səliqəli saxlanılmasının vacibliyi və proseduru
Həşəratlara nəzarətin vacibliyi və metodları
Qidanın çatdırılması, saxlanılmasına nəzarət üzrə prosedurlar.
• Modul 4: Qida Təhlükəsizliyi İdarəetmə Sistemi
HACCP prinsipi əsasında Qida Təhlükəsizliyi İdarəetmə Sisteminə olan hüquqi tələblər
HACCP sisteminin məqsədi və prinsipləri
Kursun müddəti: 12 saat (2 gün)
Kursun qiymətləndirilməsi: CIEH tərəfindən hazrlanmış 20 sualdan ibarət test əsaslı nəzəri qiymətləndirmə
Kursu uğurla bitirən iştirakçılara CIEH Foundation Certificate in Food Safety (Level 2) üzrə sertifikat təqdim olunur.