Qida təhlükəsizliyi - Intermediate Certificate in Food Safety (Level 3)
Qidanın təqdim olunduğu hər yerdə onun hazırlanması, istifadəsi, saxlanılması və insanlara təklif olunması üzrə yüksək standartların nümayiş etdirilməsi çox vacibdir.
Qida təhlükəsizliyi üzrə Səviyyə 3 menecer və supervayzerlər üçün nəzərdə tutulmuşdur. Standarta uyğun olaraq bütün iş yerlərində minimum 1 nəfərin qida təhlükəsizliyi səviyyə 3 üzrə təlimli olması tövsiyyə olunur.
Kurs kimlər üçündür?
Qida sahəsində digərlərinə supervayzerlik və menecerlik edən şəxslər üçün
“Foundation” – səviyyə 2-dən daha da inkişaf etmək istəyən şəxslər üçün
Kursun modulları:
Modul 1: Qida təhlükəsizliyinə giriş
Qida təhlükəsizliyi ilə bağlı əsas terminlər
Qida təhlükəsizliyi üzrə zəif standartın nəticələri
Qida zəhərlənməsi ilə bağlı ən çox risk altında olan şəxslərin müəyyən olunması
Qida xəstəlikləri ilə bağlı məruzə olunan hadisələrdəki trendlər
Qida təhlükəsizliyi üzrə supervayzerin vəzifələri və vəzifələrini uğurla yeriə yetirmək üçün tələb olunan bacarıqlar
Qida sənayesində çalışan təşkilatlara olan hüquqi tələblər
Qida sənayesi üzrə yerli və səlahiyyətli qurumların gücü və vəzifələri
Müvafiq nəzarət orqanına dəstəkdə supervayzerin vəzifələri
Qida təhlükəsizliyi üzrə tələblərin pozulmasına görə nəzərdə tutulan tədbirlər
Modul 2: Qida sahəsində təhlükələr
Qida üzrə müxtəlif təhlükələrin müəyyən olunması
Bakterial çirklənmənin müəyyən olunması
Bakteriaların çoxlaması üçün şəraitlər
Spore və toksinlər tərəfindən yaradılan risklər
Hansı qidaların digərlərinə nisbətən daha çox risk yaratması
Viruslar nədir və onlar bakteriadan necə fərqlənir
“Cross contamination / çirklənmə” nədir və qarşısı alınma yolları
Qida zəhərlənmələri xəstəliklərinin mənbələri və simptomları
Qida ilə bağlı xəstəliklərin mənbəyi və simtomları
Metal, zəhərli bitki və balıqlar vasitəsilə xəstəliklərin yaranması
Qida ilə bağlı məkanlarda allerginlərə nəzarət olunmasının vacibliyi və metodları
Fiziki çirklənmənin qida təhlükəsizliyindəki rolu və müvafiq nəzarət tədbirləri
Kimyəvi çirklənmənin qida təhlükəsizliyindəki rolu və müvafiq nəzarət tədbirləri
Qida çirklənməsinin səbəbləri və nişanları, onlara qarşı tədbirlər
Modul 3: Qida təhlükəsizliyi üzrə yaxşı praktika
Qida hazırlanması və saxlanması prosesində temperature nəzarət olunmasının vacibliyi və metodları
Yüksək səviyyədə şəxsi gigiyenanın qorunub saxlanılmasının vacibliyi və proseduru
İş yerinin təmiz, səliqəli saxlanılmasının vacibliyi və proseduru
Qida biznesində təmiz prosesin getməsində məkanın dizaynı, tikintisinin rolu
Həşəratlara nəzarətin vacibliyi və metodları
Qidanın çatdırılması, saxlanılmasına nəzarət üzrə prosedurlar.
Modul 4: Qida Təhlükəsizliyi İdarəetmə Sistemi
HACCP sisteminin məqsədi
HACCP prinsipi əsasında Qida Təhlükəsizliyi İdarəetmə Sisteminə olan hüquqi tələblər və system daxilində supervayzerin rolu
HACCP prosesinin proseduru və ilkin mərhələləri
Təhlükə analizinin aparılmasına olan tələblər və onun görüləcək tədbirləri prioritetləşdirmədə rolu
Kritik nəzarət nöqtəsinin məqsədi və nəzarət limiti
Kritik nəzarət nöqtəsinin monitorinqinə olan tələblər
Kritik nəzarət nöqtəsi üzərində nəzarətin itirilməsi zamanı yerinə yetirilməli tədbirlər
HACCP sisteminin təsdiq olunmasının vacibliyi və metodları
HACCP sistemini inkişaf etdirmək üçün qida ilə məşğul olan bizneslərin əldə etməli olduğu məlumatlar
Qida təhlükəsizliyinin idarə olunmasında HACCP sisteminin üztünlükləri
HACCP sistemi əsasında qurulmuş qida təhlükəsizliyi diarəetmə sisteminin sənədləşdirilməsi üzrə alətlər
Modul 5: Qida təhlükəsizliyi təlimi
-Qida təhlükəsizliyi təlimi ilə bağlı tələblərin yerinə yetirilməsində supervayzerin vəzifələri
Təlim qeydlərinin saxlanmasında supervayzerin vəzifəsi
Qida təhlükəsizliyi prosedurunun effektiv kommunikasiya olunmasına əminlik
Kursun müddəti: 16 saat (3 gün ərzində tədris olunacaq)
Kursun qiymətləndirilməsi: CIEH tərəfindən hazrlanmış 40 sualdan ibarət test əsaslı nəzəri qiymətləndirmə
Kursu uğurla bitirən iştirakçılara CIEH Intermediate certificate in Food safety (Level 3) üzrə sertifikat təqdim olunur.