Qida Təhlükəsizliyi və Gigiyenası | Food Safety and Hygiene

Qida Təhlükəsizliyi və Gigiyenası | Food Safety and Hygiene

G&I Training Academy Əlavə Təhsil Mərkəzi Qida Təhlükəsizliyi və Gigiyenası (Food Safety and Hygiene) üzrə 2-ci və 3-cü səviyyəli təlim kursları keçirir.

Təlim aşağıdakı Beynəlxalq Standart və Programlar əsasında keçirir:

  • Böyük Britaniyanın Qida Standartları Agentliyi - “Food Standards Agency” UK

  • “Chartered Institute of Environmental Health (CIEH)” “Food Safety” standartı 

  • “NSF International” Food Safety Programı    

  • ISO 22000 Food Safety Management. Beynəlxalq Standartlaşdırma Təşkialtının “Qida Təhlükəsizliyi İdarəetmə Standartı”

  • Qida Məhsullarının Təhlükəsizliyinin İdarəetmə Sistemi (Hazard Analysis and Critical Control Point (HACCP) 

 

Təlim kimlər üçün nəzərdə tutulub:  İctimai İaşə xidmətində (qida sənayesində | qida tədarükündə) çalışan və bu sahədə peşəkar karyera qurmaq arzusunda olan bütün şəxslər üçündür.

 

Təlim 2 səviyyədə həyata  keçirilir:

  • “Qida Təhlükəsizliyi” 2-ci səviyyəli  / Food Safety LEVEL 2  -  (1 gün - 8 saat)

  • “Qida Təhlükəsizliyi” 3-ci səviyyəli  / Food Safety LEVEL 3  -  (3 gün - 24 saat)

 

TƏLƏBLƏR:

  • 2-ci səviyyəli | LEVEL 2  “Qida Təhlükəsizliyi” təlimi Qida sənayesində 2 ilə qədər iş təcrübəsi olanlar üçündür. Aşpazlar, aşpaz köməkçiləri, Mətbəx işçiləri, salatçılar, şirniyyatçılar, anbardarlar, təmizlik işçiləri, ofisiantlar və ümumilikdə servis personalı.   

  • 3-ci səviyyəli  | LEVEL 3 “Qida Təhlükəsizliyi” təlimi  Qida sənayesində 3 ildən çox iş təcrübəsi olanlar üçündür. Supervisorlar və Menecerlər, Aşpazlar, Baş Aşpazlar,  Kamp boss və s.         

      

TƏLİMİN FAYDALARI

Təlim iştirakçıları qidanın saxlanılmasında, onun hazırlanmasında, bişirilməsində və qida ilə bağlı digər fəaliyyətlərdə təhlükəsizlik və Gigiyena qaydalaırnı öyrənəcəklər.

Bu Təlimin məzmunu təhlükəsiz qidanın istehsalında faydalı təcrübənin əldə olunmasında mühüm amil sayılır.

 

TƏLİMÇİ | EKSPERT

Təlim, Restoran, Hotel və İctimai iaşə xidmətləri sahəsində 20 ildən çox professional iş təcrübəsinə malik Qida Təhlükəsizliyi üzrə mütəxəssis tərəfindən keçirilir. 

Mütəxəssis xaricdə və Azərbaycanda fəaliyyət göstərən böyük Otel və Restoranlar şəbəkəsində, Qida xidmtələri göstərən (Catering services) şirkətlərdə “Qida Təhülkəsizliyi Əməliyyatları üzrə Menecer”, “SƏTƏM Meneceri”, “Əməyin Təhlükəsizliyi və Gigiyena Menceri”, Lead Auditor vəzifələrində çalışmıdır. O, Qida Təhlükəsizliyi,  Sağlamlıq və Əməyin Təhülkəsizliyi üzrə Beynəlxalq Sertifikatlara və diplomalra sahibdir.

 

Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis və Rus 

 

Kursun sonunda iştirakçıların bilikləri qiymətləndirilir və müvəffəqiyyətlə (uğurla) bitirmiş iştirakçılara Sertifikatlar təqdim olunur.

 

Qida Təhlükəsizliyi